Arxiv
20 Oktyabr 2021, 12:55 | AKTUAL
Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ

Müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli ilinin 9 ayını geridə qoyduq. Bu ilin başlanğıcında silahlı qüvvələrimizin işğalçıya qarşı apardığı ədalət savaşı xalq və ordu birliyinin təcəssümünə çevrildi. Xalqımız yumruq kimi birləşərək şanlı qələbə naminə bütün gücünü səfərbər edərək cəsur əsgərlərimizə dayaq, arxa oldu. Hər kəsin vətən fədaisinə çevrildiyi bu müddət ərzində “Azercell könüllüləri” xeyriyyə təşkilatı da aktiv fəaliyyət göstərib. Azercell əməkdaşlarından ibarət olan bu komanda həm müharibə iştirakçılarının özlərinə, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrə xüsusi qayğı nümayiş etdirib.

 

Modern.az xəbər verir ki, “Azercell könüllüləri” 30 ilə yaxın fasilədən sonra üçrəngli bayrağımızın dalğalandığı əksər zonalara böyük həvəslə əsgər payı çatdırıblar. Şirkət əməkdaşlarının topladığı yardımlar Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Füzuli, Laçın rayonlarında döyüş bölgəsində olan 1200-dən çox əsgərə göndərilib.

 

Ötən il Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində “Azercell könüllüləri” Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın, eləcə də qazilərimizin övladlarına əsl bayram sevinci yaşadıblar. Bayramdan öncə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlıların, eləcə də “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin arzuladıqları hədiyyə siyahısı sosial şəbəkələrdə açıqlanıb. Nəticədə könüllülər və sosial media vasitəsilə onlara dəstək verən dostların köməyilə ölkə üzrə ümumilikdə  500-dən çox uşağa məhz özünün istədiyi hədiyyələr təqdim olunub.

 

Gələcəyimiz olan körpələrimiz 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də Azercell-in könüllülər tərəfindən unudulmayıb. Bu bayramda 100 uşağa müxtəlif hədiyyələr göndərilib.

 

Azercell könüllüləri uşaqlarla yanaşı, ikinci Vətən Müharibəsinin şəhid və qazi ailələrini də diqqətdən kənarda qoymayıblar. Azərbaycanın bütün bölgələrində reallaşdırılan aksiya çərçivəsində könüllülər Novruz bayramında 300 qəhrəmanımızın ailəsinə gündəlik ərzaq mallarından ibarət sovqat, 50 AZN dəyərində kupon təqdim ediblər. Hər kəsdə paylaşma ovqatını gücləndirən müqəddəs Ramazan və Qurban bayramlarında isə “Azercell könüllüləri”nin sayəsində 200-ə yaxın şəhid və qazi yaxınlarına, həmçinin aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb.

 

Eyni zamanda, könüllülər Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və mülki infrastrukturuna vurulan zərərdən əziyyət çəkən vətəndaşlarımıza da dəstək olublar. Gəncə və Bərdədə 130 belə ailəni ziyarət edərək, onları bayram sovqatı ilə təbrik ediblər.

 

Koronavirus pandemiyası dönəmində tətbiq edilən sərt karantin rejimində də “Azercell könüllüləri” nümunəvi fəaliyyətləri ilə yadda qalıblar. Onlar paytaxt və regionlarda 400 ailəyə baş çəkərək tənha yaşayan ahıllara, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstəriblər.

 

Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi “Azercell könüllüləri” mütəmadi şəkildə  aztəminatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmirlər. 20-dən çox ailənin problemləri daimi olaraq təşkilatın diqqətindədir. Bəzi ailələrə maddi yardım göstərilir, bəzilərinə mənzil şəraitinin yaxşılaşması, sağlamlıqla bağlı problemlərin həlli üçün ödənişlərinin həyata keçirilməsi istiqamətində dəstək verilir.

 

“Azercell könüllüləri” bu cür fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı, həmrəylik prinsiplərinin güclənməsi istiqamətində aparılan işlərə öz əvəzolunmaz töhfəsini verirlər. Qeyd edək ki, təşkilat rəsmi olaraq 2004-cü ildən etibarən fəaliyyət göstərir, və minlərlə xüsusi qayğıya ehtiyacı olan insanlar dəstək olub. Aztəminatlı vətəndaşlarımıza, şəhid və qazi ailələrinə, həmçinin kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqlara yardım etmək, onları gələcək uğurlara istiqamətləndirmək  “Azercell könüllüləri” üçün böyük önəm kəsb edir. Sosial məsuliyyət öhdəliklərinə sadiq qalan əməkdaşlarımız gələcəkdə də bu yanaşmanı davam etdirəcəklər. “Azercell Könüllüləri” keçirdikləri xeyriyyə aksiyalarına qoşulan və iştirak edən tərəfdaş şirkətlərə, sosial şəbəkə izləyicilərinə öz təşəkkürünü bildirir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İtkin düşən 4000 azərbaycanlı: açıq yara hələ də sağalmayıb” 6 Dekabr 2021, 00:27 ABŞ hərbi təyyarəsi Ermənistan-Azərbaycan sərhədində UÇDU 6 Dekabr 2021, 00:20 “Altın Kelebek” mükafatı Azərbaycandan ona VERİLDİ 5 Dekabr 2021, 23:58 ABŞ prezidenti olmaq uğrunda qocaların YARIŞI 5 Dekabr 2021, 23:34 Bakıda kişi meyiti tapıldı 5 Dekabr 2021, 23:13 "Dost və qardaş Azərbaycanın yanındayıq" - Akar 5 Dekabr 2021, 23:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 Dekabr 2021, 22:42 BƏƏ F-35-dən imtina edir? 5 Dekabr 2021, 22:14 Ərdoğan Qətərə gedir 5 Dekabr 2021, 21:59 Erməni “çoban”ı zərərsizləşdirən əsgərə mükafat vermək lazımdır... 5 Dekabr 2021, 21:45 Xəzər dənizində ZƏLZƏLƏ 5 Dekabr 2021, 21:29 Avstriyada qar uçqunu -  Ölən və yaralılar var 5 Dekabr 2021, 21:12 Nobel mükafatçısı Azərbaycanda brifinq KEÇİRƏCƏK 5 Dekabr 2021, 20:36 Mossadın direktoru İrana görə ABŞ-a gedir  5 Dekabr 2021, 20:27 Qəbələ Zirəni məğlub etdi 5 Dekabr 2021, 20:13 Türkiyə donanmasına yeni raket verildi 5 Dekabr 2021, 19:49 Nigerdə 29 əsgər öldürüldü 5 Dekabr 2021, 19:33 Türkiyə Vəkillər Kollegiyasına yeni sədr 5 Dekabr 2021, 19:19 Çavuşoğlu qətərli həmkarı ilə görüşdü 5 Dekabr 2021, 19:09 Azərbaycan Türkiyədən hərbi gəmi ala bilər 5 Dekabr 2021, 18:58 Putin Hindistana gedəcək 5 Dekabr 2021, 18:46 "Neftçi" "sülh"ə razılaşdı 5 Dekabr 2021, 18:36 Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?