Modern.az

İran yenidən silkələndi

İran yenidən silkələndi

21 Oktyabr 2021, 12:30

Bu gün səhər saatlarında İranın Kirman vilayətində 4,5 bal gücündə zəlzələ olub.

 

Modern.az Tehran Universitetinin Seysmoloji Mərkəzinin açıqlamasına istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 09:35-də yerin 10 kilometr dərinliyində baş verib.

 

Təcili olaraq zəlzələ zonasına xilasedici və təcili tibbi yardım qrupları göndərilib. Ölən və yaralanan, eləcədə dağıntılar barəsində hələlik məlumat yoxdur.

 

İranın bu vilayəti seysmik zonaya daxil olduğu üçün burada tez-tez zəlzələ qeydə alınır. Nəzərə çatdıraq cari ay ərzində Kirman vilayətində 3-cü dəfədir ki, güclü təkanlar hiss olunur. 2018-ci ildə isə burada baş verən zəlzələ nəticəsində böyük dağıntılar və insan tələfatı müşahidə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir