Modern.az

Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldü

Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi öldü

Aktual

21 Oktyabr 2021, 15:08

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

 

Modern.az xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən bildirilib ki, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.(Apa.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir