Modern.az

Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb - FOTO

Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb - FOTO

Aktual

21 Oktyabr 2021, 15:30

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Media Türk” TV-nin dəstəyi ilə Azərbaycan İqtisad Universitetində “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunmuş “Ölməz Qəhrəmanlar” adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə “Media Türk” TV-nin qəhrəmanımız haqqında hazırladığı videoçarx yayınlanıb.

 

Tədbirin moderatoru “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc xanım Alızadə çıxış edərək Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın daim təbliğ edilməsinin, hər bir şəhidin qəhrəmanlıq salnaməsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

 

Azərbaycan İqtisad Universitetinin prorektoru dosent Şaiq Əsgərov bu cür anım tədbirlərinin tələbələr arasında keçirilməsinin əhəmiyyətini və vacibliyini vurğulayıb.

 

Millət Vəkili Fatma xanım Yıldırım çıxış edərək qeyd etdi ki, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan qəhrəmanlarımızın xatirəsi daim xalqımızın qəlbində əbədi yaşayacaq, gənc nəslimizə örənək olacaqdır.

 

Tədbirdə son olaraq şəhid komandir polkovnik-leytenant Anar Əliyevin ailə üzvləri öz hislərini bildirmiş, qəhrəmanlıq zirvəsinə ucalmış bir hərbçinin əmanətləri olmaqdan qürur duyduqlarını ifadə etmiş, gənclərimizə şəhidlərimizin xatirəsini uca tutmağı tövsiyə etmişlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır