Arxiv
22 Oktyabr 2021, 11:55 | TƏHSİL
3477 şagird koronavirusa yoluxub - “Məktəblər bağlanacaqmı” sualına RƏSMİ CAVAB

“İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib”.


Modern.az xəbər verir ki, bu barədə Təhsil və Səhiyyə Nazirliklərinin yaydığı birgə məlumatda bildirilib..

Qeyd edilib ki, şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur.

Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir. 


“Koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimləri ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməni zəruri hesab edir.  


Qeyd edək ki, hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır. Ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək”,-deyə birgə məlumatda qeyd edilib.


Nazirlər Kabinetinin tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qərarına əsasən, sentyabrın 22-dən I-IV, sentyabrın 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Bu müddət ərzində təhsil müəssisələrində tədris prosesi xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib. Ümumtəhsil məktəblərində çalışan təhsil işçilərinin 80 faizdən çoxu COVID-19-a qarşı hər 2 doza vaksin olunub. 


"Bildiririk ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir. Belə ki, ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib. Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib. 

Hazırda 433 sinif distant formada tədrisə davam edir",- Təhsil və Səhiyyə nazirlikləri bəyan edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukrayna-Rusiya sərhədini qanunsuz keçmək istəyən azərbaycanlılar SAXLANILDI 6 Dekabr 2021, 13:00 Rusiyada daha 1184 nəfər koronavirusdan ÖLDÜ 6 Dekabr 2021, 12:55 Azərbaycan yeni silahlar istehsal edəcək 6 Dekabr 2021, 12:50 Bakı və Sumqayıtda pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK 6 Dekabr 2021, 12:45 Sabaha gözlənilən hava PROQNOZU 6 Dekabr 2021, 12:40 Azərbaycan Finlandiyanı təbrik etdi 6 Dekabr 2021, 12:36 “Koronavirusu çinlilər icad etməyib” - Məşhur alim 6 Dekabr 2021, 12:32 Aziz Sancar İlham Əliyevlə görüşündən danışdı 6 Dekabr 2021, 12:29 Səlim Müslümovun həbs müddəti uzadıldı 6 Dekabr 2021, 12:27 Rusiya sülhməramlılarından Ağdərə AÇIQLAMASI 6 Dekabr 2021, 12:24 Maaş, pensiya və təqaüdlərin nə qədər artacağı AÇIQLANDI 6 Dekabr 2021, 12:20 BirKart hədiyyə qazandırır  6 Dekabr 2021, 12:15 “Azərbaycanlı alimlərlə işləmək planım yoxdu” 6 Dekabr 2021, 12:12 Vətən müharibəsinin qazi müəllimi insultdan öldü 6 Dekabr 2021, 12:10 Prezident Vüqar Gülməmmədovla bağlı sərəncam İMZALADI 6 Dekabr 2021, 12:05 “Vətənpərvərlik qazanc yeri deyil” - Əkrəm Əylisli 6 Dekabr 2021, 12:00 Azad olunmuş ərazilərdə maliyyə-bank xidmətləri yaradılır 6 Dekabr 2021, 12:00 “Qarabağda yıxılmayan bir bina görmədim” 6 Dekabr 2021, 11:58 Azad edilmiş ərazilərdə daha 30 mina AŞKARLANDI 6 Dekabr 2021, 11:55 İlham Əliyev 9 nəfərə fəxri ad verdi - SƏRƏNCAM 6 Dekabr 2021, 11:50 “Türk dünyası güclü olarsa, nə masada, nə də meydanda məğlub olar” – Aziz Sancar   6 Dekabr 2021, 11:45 Prezident bu şəxsləri təltif etdi - SİYAHI 6 Dekabr 2021, 11:40 “Amerikada zəncilər alt təbəqədir” - Nobel mükafatçısı 6 Dekabr 2021, 11:36 Prezident olmaqdan könüllü imtina etdim - Nazarbayev 6 Dekabr 2021, 11:30 Helikopter qəzasında şəhid olan hərbçilərin vərəsələrinə veriləcək sığorta ödənişlərinin həcmi AÇIQLANDI 6 Dekabr 2021, 11:24 “Arzu etmişdim ki, Şuşada namaz qılım” - Aziz Sancar 6 Dekabr 2021, 11:18 426 nəfər xarici vətəndaş Azərbaycanda yaşamaq istəyir 6 Dekabr 2021, 11:12 13 yaşlı oğlan Qusarda dağdan yıxılıb ÖLDÜ 6 Dekabr 2021, 11:06 Azərbaycan daha iki beynəlxalq sənədə qoşulur 6 Dekabr 2021, 11:00 Qarabağda 10 seysmik stansiya qurulacaq 6 Dekabr 2021, 10:55 Qarabağda yaşayıb-işləyəcək şəxslərə vergi güzəştləri olacaq 6 Dekabr 2021, 10:50 Şəhidin övladları himayəyə götürüldü - FOTO 6 Dekabr 2021, 10:44 Gürcüstanda 63 nəfər virusdan öldü 6 Dekabr 2021, 10:38 Şabranda qardaş bacısını BIÇAQLADI 6 Dekabr 2021, 10:32 Evində toy etdi - CƏRİMƏLƏNDİ 6 Dekabr 2021, 10:26
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?