Arxiv
22 Oktyabr 2021, 13:00 | İQTİSADİYYAT
Mikayıl Cabbarov xorvatiyalı nazirlə görüşdü - FOTOLAR

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Xorvatiya ilə siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi, tərəfdaşlığın genişlənməsi üçün müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayır. Ölkələrimiz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də əməkdaşlıq edir. 

 

Azərbaycan iqtisadiyyatı, həyata keçirilən sistemli və ardıcıl iqtisadi islahatlar barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, ticarət Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlığının əsas istiqamətlərindəndir və 2021-ci ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62% artıb. 

 

İqtisadiyyat naziri Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun işgüzar dairələr arasında əlaqələrin genişlənməsi, perspektiv sahələrin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu qeyd edib, Xorvatiya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və  investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.  İqtisadiyyat naziri həmçinin, cari ilin 26 oktyabr tarixində Zaqrebdə keçirilməsi nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının iqtisadi sahədə əməkdaşlığın inkişafı perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.  

 

Q. Q. Radman Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, Xorvatiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

 

Görüş çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi M. Cabbarov və Q. Q. Radman imzalayıblar. Sənəddə iqtisadi əməkdaşlığın inkişafı, vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkili məsələləri öz əksini tapıb. 

 

Mikayıl Cabbarov xorvatiyalı nazirlə görüşdü- FOTOLAR Mikayıl Cabbarov xorvatiyalı nazirlə görüşdü- FOTOLAR Mikayıl Cabbarov xorvatiyalı nazirlə görüşdü- FOTOLAR
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 İctimai yerdə koronavirus xəstəsi aşkarlandı 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq" 6 Dekabr 2021, 20:46 "Bizim şərtlərimizi qəbul etməlidirlər" - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04 Naxçıvandakı ən yaxşı tank əleyhinə batareya müəyyənləşdi 6 Dekabr 2021, 18:00 Dolların məzənnəsi sabit qaldı 6 Dekabr 2021, 17:54 58 yaşlı kişi atdan yıxılaraq ölüb 6 Dekabr 2021, 17:48 1 gündə cəmi 154 nəfər peyvəndləndi 6 Dekabr 2021, 17:43
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?