Modern.az

Azərbaycana qarşı ən barışmaz erməni vəzifədən uzaqlaşdırılır - İrəvan ona əvəz də TAPIB

Azərbaycana qarşı ən barışmaz erməni vəzifədən uzaqlaşdırılır - İrəvan ona əvəz də TAPIB

23 Oktyabr 2021, 12:03

İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycana qarşı ən sərt və barışmaz mövqedə dayanan Ermənistan Respublikasının Ombudsmanı Arman Tatoyanın tutduğu vəzifədən uzaqlaşdırılacağı gözlənilir.

Modern.az saytının məlumatına görə, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.  Artıq Arman Tatoyanı əvəzləyəcək şəxs də tapılıb. Bu şəxsin “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan olduğu bildirilir.

Qəzet yazır ki, Ermənistan hökumətinin administrasiyasındakı müəyyən dairələr Edmon Marukyanın maraqları üçün hazırda lobbiçilik edirlər.


Artıq hakimiyyətin Edmon Marukyanın namizədliyini nəzərdən keçirdiyi də bildirilir.

Ermənistanın hazırkı Ombudsmanı Arman Tatoyanın səlahiyyət müddəti 2022-ci il fevralın 23-də başa çatacaq. Nazirlər Kabineti katibi Armen Qriqoryan son müsahibəsində bildirib ki, Tatoyanın səlahiyyət müddəti bitdikdən sonra Ombudsman vəzifəsinə namizəd təqdim ediləcək.


Edmon Marukyan

Ombudsman vəzifəsinə adı hallanan Edmon Marukyan isə hələ ki xəbərə reaksiya verməyə tələsmir.

Qanunvericiliyə görə, Ombudsman vəzifəsinə seçilən şəxs partiya sədri ola bilməz. Əgər Edmon Marukyan Ombudsman seçilsə, onda “İşıqlı Ermənistan”ın sədri postundan istefa verməli olacaq.

Ombudsman seçilən şəxs Ermənistan parlamentində ümumi səslərin minimum 3/5-nü qazanmalıdır.

Qeyd edək ki, Ermənistan hökuməti son vaxtlar hazırkı Ombudsman Arman Tatoyanın fəaliyyətindən narazıdır. Hətta Müdafiə Nazirliyi Arman Tatoyanın hərəkətlərini tənqid edərək, onu Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı qeyri-dəqiq məlumatlar yaymaqda ittiham edib.

Arman Tatoyan mütəmadi olaraq Azərbaycan əleyhinə sərt çıxışlar edir, açıqlamalar verir, beynəlxalq təşkilatlara mürüciətlər ünvanlayır. Onun Ermənistandakı “revanşist qüvvələr”in sırasında olduğunu da qeyd etmək olar. Tatoyan Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini heç cür həzm edə bilmir…


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir