Modern.az

BMU-nun tələbəsi “Beynəlxalq zəfər düşərgəsi”ndə

BMU-nun tələbəsi “Beynəlxalq zəfər düşərgəsi”ndə

Aktual

25 Oktyabr 2021, 10:10

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Fizika müəllimliyi ixtisasının III kurs tələbəsi Rayaxanım Ağazadə Türkiyənin Qaziantep şəhərində Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə keçirilən “Beynəlxalq zəfər düşərgəsi”ndə iştirak edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu, Türkiyə Respublikasının Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərin iki ölkənin gəncləri arasında təbliği, qardaş ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, həmçinin hər iki ölkə gəncləri arasında müxtəlif sahələrdə birgə tədbirlər və layihələrin artırılmasıdır.

 

“Beynəlxalq zəfər düşərgəsi”nin iştirakçısı seçilən BMU tələbəsi iki dövlətin gəncləri arasında dostluq, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, düşərgə müddətində gənclərin hər iki dövlətin tarixi, mədəniyyəti, eləcə də təhsilinə dair biliklərin paylaşılması üçün çalışacaqlarını bildirib.

 

19-24 oktyabr tarixlərində baş tutan düşərgə müddətində iştirakçılar iki ölkənin ortaq mədəniyyətinin öyrənilməsi, tarixi haqqında maarifləndirilməsi ilə əlaqədar müxtəlif tarixi abidələrə və turizm məkanlarına səfər edib, intellektual yarışlara və şəxsi inkişafla bağlı təlimlərə cəlb olunublar.

 

İştirakçılar, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni abidələri və digər turizm məkanlarına səfər edib, Heydər Əliyev Muzeyini ziyarət edərək Ulu Öndərin irsi ilə tanış olublar.

 

Tədbirdə iştirak edən hər iki ölkənin gəncləri arasında vətənpərvərlik ruhunun aşılanması, Vətən müharibəsi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə qəhrəman qazilərlə görüşlər də keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir