Modern.az

Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ

Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ

25 Oktyabr 2021, 13:12

Qazax və Cəlillabad sakinlərindən odlu silah götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təklə kənd sakini P.Qubadovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb.

 

Qazax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan şəhər sakini Ə.Əfəndiyevdən “Makarov” markalı tapança, 3 ədəd patron darağı və 21 ədəd patron aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı