Modern.az

Azərbaycan-Ermənistan danışıqlarında irəliləyiş gözlənilir

Azərbaycan-Ermənistan danışıqlarında irəliləyiş gözlənilir

Aktual

26 Oktyabr 2021, 11:14

“Ərdoğanın proqramında Bakıya yox, Füzuli hava limanının açılışına səfəri nəzərdə tutulub. Bu önəmli məqamdır. Hər iki müttəfiq dövlətin liderlərinin görüşləri birlik, güc simvoludur. Əminəm ki, bu görüş də bəzilərində qıcıq yaradacaq”.

 

 Bu sözləri Modern.az-a açıqlamasında siyasi ekspert Elman Vəliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Füzuliyə olan səfəri ilə bağlı deyib. Onun sözlərinə görə, səfərdən əvvəl Ərdoğan Zəngəzur dəhlizi məsələsinə toxunaraq dəhliain açılmasının tərəfdarı olduqlarını bildirib:

 

“Həmçinin, biz səfərdən əvvəl Türkiyə və Ermənistan münasibətlərində yumşalmaların şahidi olduq. Ola bilsin ki, Ərdoğan səfər çərçivəsində bu məqamlara da toxunsun. Ərdoğanın Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra bölgəyə 3-cü dəfə səfəri baş tutacaq. Həmişəki kimi Azərbaycanın yanında olduğunu dilə gətirəcək və münaqişə tərəflərini diplomatik yolla danışıqlara səsləyəcək. Bu səfərin hər hansısa bir dövlətə qarşı olmadığı da vurğulanmalıdır. Türkiyə ilə Azərbaycan birlikdə təlimlər keçirdən zaman gördük ki, bəzi dövlətlər bundan narahat olmuşdu və bunu özlərinə qarşı koalisiya adlandırmışdı. Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Amma öz ərazi bütövlüyünə qarşı ola biləcək hər hansısa təhlükəni isə dəf etməyə hüquqi çatır. Bəyannaməyə əsasən hər iki tərəf aşkar şəkildə bir-birlərini müdafiə etmək hüquqlarını bəyan etdilər. Bu səfərdən sonra isə Prezident İlham Əliyev noyabrda Türkiyəyə səfər edəcək. Ola bilər ki, iki səfər arasında Azərbaycanla Ermənistan arasında danışıqlarda bir xeyli irəlləyiş olsun”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir