Modern.az

Rusiya İrəvandan Aİİ ilə bağlı aydın mövqe tələb etdi

Rusiya İrəvandan Aİİ ilə bağlı aydın mövqe tələb etdi

Aktual

26 İyun 2026, 15:58

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı son bəyanatlarını tənqid edib.

Modern.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Baş nazir Nikol Paşinyanın Aİİ ilə bağlı açıqlamaları mövzunu mahiyyətindən yayındıraraq demoqogiya müstəvisinə keçirir. O bildirib ki, bu vəziyyət daha əvvəl Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) iştirakını "dondurması" ilə bağlı açıqlamaları xatırladır.

Zaxarova qeyd edib ki, Ermənistan rəsmilərinin bəyanatlarından belə nəticə çıxır ki, İrəvan hazırda Aİİ-də üzvlüyünü yalnız Avropa İttifaqına üzvlük üçün keçid mərhələsi kimi qiymətləndirir.

Rusiya XİN nümayəndəsinin fikrincə, Ermənistanın bu davranışı Avrasiya İqtisadi İttifaqının vicdanlı üzvünə yaraşan mövqe deyil.

"İrəvan öz strateji seçimi ilə bağlı suala mümkün qədər tez cavab verməlidir", – deyə Zaxarova vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi