Modern.az

Paşinyan Xankəndiyə niyə gəlmir? - İrəvandan AÇIQLAMA

Paşinyan Xankəndiyə niyə gəlmir? - İrəvandan AÇIQLAMA

Qarabağ

27 Oktyabr 2021, 17:18

II Qarabağ Müharibəsinə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi müntəzəm şəkildə Azərbaycanın Qarabağ bölgəsində, xüsusən Xankəndi şəhərinə gəlirdi.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında müxalifətdə olan “Ermənistan” fraksiyasının deputatı Aqvan Vardanyan baş nazirin müavini Suren Papikyana bu barədə sual verib: Paşinyan Xankəndiyə niyə getmir?

O, Ermənistan prezidenti, baş naziri və spikerinin 1 ildən çoxdur ki, Qarabağa getmədiklərini xatırladıb.

 

Baş nazirin müavini isə bu vaxta qədər Qarabağa bir çox dövlət məmurlarının səfər etdiyini xatırladıb. O lazım gələrsə, səfərlərin davam etdiriləcəyini deyərək, suala birbaşa cavabdan yayınıb.

 
II Qarabağ Müharibəsi 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşması əsasında dayandırılıb. 

Bu razılaşmaya əsasən, Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əsgərən bölgələrinə hazırda müvəqqəti olaraq Rusiya sülhməramlıları nəzarət edir. Bununla yanaşı, həmin ərazilərdə erməni separatçı-terrorçu dəstələri də var.


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir