Modern.az

Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur”

Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur”

Qarabağ

27 Oktyabr 2021, 17:48

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında noyabrın əvvəllərində Moskvada yeni razılaşmanın imzalanacağı ilə bağlı xəbərə reaksiya verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o belə bir sənədin imzalanmasını təkzib etməyib.

“Hazırda müxtəlif formatda görüşlər barədə təkliflər daxil olur. İstisna olunmur ki, görüşlərdən birində tərəflərin öncədən razılaşdırdığı sənəd imzalansın. Amma məhz mətbuatda adı çəkilən sənədlərin imzalanması planlaşdırılmır”-, deyə Mirzoyan söyləyib.

 

Ararat Mirzoyan hazırda Azərbaycan və Ermənistan liderləri arasında konkret görüş tarixinin razılaşdırılmadığını əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi