Modern.az

Koreyalı deputat şəhidlərimizi yad etdi

Koreyalı deputat şəhidlərimizi yad etdi

Aktual

27 Oktyabr 2021, 17:54

Koreya Respublikası Milli Assambleyasının deputatı, Koreya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cunq Hiyonq Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Azərbaycanın Koreyadakı səfirliyinə məktub ünvanlayaraq 44 günlük müharibədə həlak olan şəhidlərimizlə əlaqədar dərin hüznlə başsağlığı verib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, məktubunda gələn il Koreya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirən deputat Cunq Hiyonq bu hadisəni əhəmiyyətli tarix kimi dəyərləndirib.

 

Qeyd edib ki, gələcəkdə ölkələrimiz arasında münasibətlərin inkişafına dəstək verilməsində, dostluq və əməkdaşlığın gücləndirilməsində, o cümlədən, işğaldan azad olunmuş Qarabağ bölgəsində sülhün qorunub saxlanması və bərpa layihələrinin icrasında Koreya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi