Arxiv
28 Oktyabr 2021, 09:51 | PARLAMENT
Bakının rayonları BİRLƏŞDİRİLİR? - Deputat bu ideyanı dəstəkləmir...

Bakının bəzi rayonlarının ləğv edilərək, vahid rayonda birləşdirilməsilə bağlı məlumatlar var. Optimallaşdırma çərçivəsində Nizami rayonunun ləğv ediləcəyi, ərazisinin Xətai və Nərimanov rayonları arasında bölüşdürüləcəyi bildirilir.

 

 

Digər məlıumatlarda Bakının Səbail, Nəsimi, Yasamal, Nərimanov və Xətai rayonunun mərkəzi hissələrinin birləşdirərək, yeni mərkəzi rayon formalaşdırılacağı iddia olunur.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib ki, Bakının rayonlarının birləşdirilməsi haqqında təkliflər həm vacib, həm də üzərində düşünülməyə dəyər məqamdır. Çünki bəzi hallarda birləşmələr yaxşı səmərə vermir.

 

T.Rzayev idarəetmənin təkmilləşdirilməsi haqqında addımların zamanı çatdığını düşünür:

 

“İdarəetmənin təkmilləşməsi, islahatların aparılması təbii prosesdir, ölkənin inkişafı, müəyyən problemlərin aradan qaldırılması üçün çox vacibdir. Lakin bu, üzərində ciddi müzakirələrə ehtiyac olan məsələdir. Əvvəllər də belə praktika olub. Sovetlər dövründə Nikita Xruşşov rayonların birləşdirilməsi ilə əlaqədar qərar verdi. Böyük təsərrüfatlar ləğv edildi və s. Lakin çox çəkmədən birləşmənin fəsadları ortaya çıxdı. İlk növbədə bu cür addım insanların narahatlığına səbəb oldu.

 

 

 

Bu gün prezidentin qarşıya qoyduğu ən mühüm məqamlardan biri əhali ilə ünsiyyətin genişləndirilməsidir. İnsanlarla təmasda olmaq, onların təkliflərini dinləmək, daim onlarla ünsiyyətdə olub, lazımi problemləri aradan qaldırmaqdır”.

 

Deputatın sözlərinə görə, Bakının elə rayonu var ki, 200-300 min sakin məskunlaşıb. Belə böyük rayonların daha da genişləndirilməsi, hansısa rayonun birləşdirilməsi idarəetmədə çox ciddi təkmilləşmə tələb edir:

 

“Kadrların qabiliyyətinin artırılması, iş məhsuldarlığının yüksəldilməsi vacib amilə çevrilir ki, heç bir sakinin problemi diqqətdən kənarda qalmasın. Birləşmə əvəzinə çox zaman ayırmaların həyata keçirilməsi daha optimal variant hesab edilir. İşlərin operativ həyata keçirilməsi üçün yerlərdə icra nümayəndələri və s. kimi təsisatların yaradılması çox vacibdir. Ona görə, düşünürəm ki, təkliflərlə bağlı dövlət səviyyəsində təhlillər aparılmalı, mütəxəssislərin fikirləri öyrənilməlidir. O rayonların şəraiti, əhalinin sayı nəzərə alınmalıdır. Ola bilər kiçik rayonlar, kəndlər birləşdirilə, idarəetmə mərkəzləşdirilə bilər. Lakin böyük kənd və ya rayonların birləşdirilməsi problemlərə gətirib çıxara bilər. Bəzi insanlar dərindən araşdırmadan, nəticələrini əvvəlcədən analiz etmədən belə təkliflərlə çıxış edirlər. Birdən-birə belə vacib qərarları qəbul etmək yaxşı nəticələrə yol açmaya bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlon Maska böyük rəqib 7 Dekabr 2021, 00:22 Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 Koronavirus xəstəsi KÜÇƏDƏ 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” 6 Dekabr 2021, 20:46 “Bizim şərtlərimizi qəbul etməlidirlər” - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04 Naxçıvandakı ən yaxşı tank əleyhinə batareya müəyyənləşdi 6 Dekabr 2021, 18:00 Dolların məzənnəsi sabit qaldı 6 Dekabr 2021, 17:54
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?