Modern.az

Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI

Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI

28 Oktyabr 2021, 18:10

Bu gün ölkədə 800-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb.

 

Bunu Modern.az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

 

O qeyd edib ki, 300 yaşayış massivi isə yalnız alternativ yanacaqla qızdırılan məntəqələrdir:

"Biz hazırda yaşayış massivlərinin qazlaşdırılması prosesini davam etdiririk. Bu ilin 9 ayı ərazində 50-yə yaxın yaşayış massivi qazlaşdırılıb. Gələn il isə əlavə 110 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Son 10 ildə Azərbaycanda qaz abonentlərinin sayı 720 mindən 2 milyon 400 minə çatdırılıb. Qazlaşma faizi artıq ölkə üzrə 96 faizin üzərindədir. Hər il 80-100 min abonent sayı artır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu