Modern.az

Fələstin səfiri Modern.az-a danışdı: ”Sabah BMT Baş Assambleyasına müraciət edəcəyik” - MÜSAHİBƏ

Fələstin səfiri Modern.az-a danışdı: ”Sabah BMT Baş Assambleyasına müraciət edəcəyik” - MÜSAHİBƏ

28 Noyabr 2012, 15:48

Nasir Əbdül Kərim: “Tələb edirik ki, bütün mövqelər balans təşkil etsin”

Modern.az saytı
Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərimlə müsahibəni təqdim edir.

- Cənab səfir, İsrailin Qəzzaya hücumu nə dərəcədə gözlənilən idi?

- Bu gözlənilən deyildi, qəfildən baş verdi.

- Dünya ictimaiyyətinin bu fəlakətə seyrçi qalması sizcə nə ilə bağlıdır?

- Düşünmürəm ki, dünya bu fəlakətə qarşı seyrçi qaldı. Lakin dünya hazırkından daha üstün şəkildə bu məsələyə münasibət göstərə bilərdi.

- Qərbin və Amerikanın bu qırğınla bağlı tutduğu mövqeni necə qiymətləndirirsiniz?

 - Biz tələb edirik ki, bütün mövqelər eyni şəkildə balans təşkil etsin, nəzərə alsaq ki, bizim ərazimiz işğal edilib və xalqımız işğal altında yaşayır. Bizim istəyimiz odur ki, Qərb sahilində, Qüdsi Şərifdə və Qəzza zolağında öz Fələstin dövlətimizi yaradaq. Dövlətimiz öz qonşuları ilə  sülh və əmin–amanlıq şəraitində olsun və xalqımız təbii şəkildə yaşaya bilsin. Bu, bizə də digər dünya xalqları kimi çiçəklənmə, inkişaf və yaxşı həyat yaşamağa imkan verəcək. 

- ABŞ prezidenti Barak Obamanın “Həmas İsraili atəşə tutmaq praktikasına son qoymalıdır” fikrini necə şərh edərdiniz?

- Mən artıq bu suala cavab verdim.  

-  Əldə olunan atəşkəs nə qədər etibarlıdır?

- Arzu edirik ki atəşkəs daimi olsun və  bu, bizim xalqımızı və dinc günahsız vətəndaşlarını qoruyur. 

- Fələstin hökuməti Qəzzadakı vəziyyətə təsir edə biləcəkmi?

 - Fələstin hökuməti bütün fələstinlilərin hökumətidir. Harda olurlar-olsunlar, istər Qərb Sahilində, istər Qüdsi Şərifdə, Qəzza zolağında və istərsə də dünyanın hər yerində, bir çox qonşu dövlətlərdə yayılmış qaçqın düşərgələrində olan fələstinlilər olsun, fərq etməz. 

- Bundan sonrakı prosesləri necə təsəvvür edirsiniz? Fələstin hökuməti hansı addımları atmağı planlaşdırır?

- Fələstin hökuməti çalışır ki, xalqımızın qorunması üçün atəşkəs sabit olsun. Bundan əlavə,  siyasi gedişdə hökumət 29 noyabr tarixində BMT-nin Baş Assambleyasına Fələstinin bu mötərəbər təşkilatda müşahidəçi dövlət qismində təmsil olunması üçün müraciət irəli sürəcək. Bu isə Fələstin xalqının suveren dövlətinin yaradılmasında məqsədlərinin həyata keçirilməsi üçün mühüm bir addımdır.

- Səsvermənin nəticələri necə olacaq sizcə?

- Biz əminik ki, səsvermədə səs çoxluğu bizim tərəfimizdə olacaq.

- Azərbaycanın dəstəyi yetərincədirmi?

- Qardaş Azərbaycan Respublikası tarixən Fələstin xalqına dəstəyini nümayiş etdirib və bütün beynəlxalq dairələrdə Fələstin problemində sabit və prinsipial olub. Arzu edirik ki, yaxın bir zamanda azərbaycanlı qardaşlarımızla və digər dostlarımızla bərabər paytaxtı Qüds Şərif olmaqla 1967-ci il sərhədləri çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılması sevincini yaşayaq.   

Qızılgül Abdinova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü