Modern.az

BDU-nun daha bir professoru vəfat edib

BDU-nun daha bir professoru vəfat edib

Allah rəhmət eləsi̇n

10 Noyabr 2021, 14:02

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Məhərrəm Nəcəf oğlu Məhərrəmov vəfat edib.

Bu barədə Modern.az-a BDU-nun mətbuat xidmətindən məlumat verilib.

84 yaşında dünyasını dəyişən Məhərrəm Məhərrəmov 1955-1960-cı ildə BDU-nun Kimya fakültəsində təhsil alıb.1963-cü ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1986-cı ildə professor elmi adı alıb. 1963-cü ildən BDU-nun Üzvi kimya kafedrasında elmi və pedaqoji fəaliyyətə başlayıb. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 250 elmi məqalənin, o cümlədən, 25 müəlliflik şəhadətnaməsinin və patentin müəllifi olub. Əməkdar müəllim fəxri adına layiq görülüb, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu