Modern.az

Azərbaycanlı deputatların ABŞ səfəri: senator və konqresmenlərlə nədən danışıldı?

Azərbaycanlı deputatların ABŞ səfəri: senator və konqresmenlərlə nədən danışıldı?

21 Noyabr 2021, 10:52

Azərbaycan Milli Məclisinin Amerikada rəsmi səfərdə olan nümayəndə heyəti növbəti görüşü ABŞ Dövlət katibinin köməkçisinin müavini (ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu) Erika Olson ilə olub.

Modern.az-ın məlumatına görə, nümayəndə heyətinin üzvü Nigar Arpadarai bildirib ki, görüşdə Cənubi Qafqaz regionunda baş verənlər və digər məsələlər müzakirə olunub.

“Azərbaycanın mövqeyini səsləndirdik, mesajlarımızı verdik. Vaşinqtona səfərimiz yekunlaşdı. Belə səfərlər önəmlidir. Güclü, qalib Azərbaycanın mövqeyini dünyada, xüsusilə Erməni lobbisinin güclü olduğu ölkələrdə çatdırmağa davam etməliyik”,-deyə Milli Məclisin deputatı əlavə edib.


Xatırladaq ki, azərbaycanlı deputatlar bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, konqresmen Gregory Meeks-lə, konqresmenlər Cey Obernolte və Henri Kullarla görüşmüşdülər. Həmin görüşlərdə regionda olan vəziyyət, Azərbaycanla Ermənistan arasındakı hazırkı durum, Azərbaycan-ABŞ münasibətləri və s. məsələlər ətrafında müzakirə aparılmışdı.

Deputatlarımız ADA Fondunda azərbaycanlı tələbələrlə də görüş keçiriblər.

Atlantic Council beyin mərkəzinin üzvləri ilə Cənubi Qafqaz regionunda yaranmış yeni vəziyyət, müharibədən sonrakı reallıq, Azərbaycan-ABŞ münasibətləri və s. mövzuları müzakirə ediblər.

ABŞ Konqresmenləri Steve Chabot, Steve Kohen və Robert Aderholtla bir araya gələn Milli Məclis üzvləri Azərbaycanla Ermənistan arasında münasibətlərdən bəhs ediblər.

Avropa və Regional Təhlükəsizlik üzrə Əməkdaşlıq Alt Komitəsinin üzvü, Senator Ron Consonla və konqresmen Bill Kitinqlə görüşlərdə isə Ermənistanla sərhəddə olan gərginlik barədə məlumat verilib.
 
Səfərin ilk günündə isə Milli Məclis üzvləri konqresmen, Qaydalar Komitəsinin sədri Jim McGovernlə görüşərək, Azərbaycan-ABŞ arasındakı münasibətlər, qlobal və regional çağırışları müzakirə etmiş, səfir Xəzər İbrahimin dəvəti ilə Azərbaycanın ABŞ-dakı səfirliyinə baş çəkmişdilər.

Nümayəndə heyətinə deputatlar Səməd Seyidov, Nigar Arpadarai. Asim Mollazadə, Erkin Qədirli daxildir.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir