Arxiv
24 Noyabr 2021, 18:16 | ZƏNGƏZUR
Paşinyan Zəngəzurun rəhbərlərini TOPLADI - Sərhədlərin delimitasiyasından danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsinin Qafan, Meğri, Teq, Tatev, Qorayk, Qacaran, Sisian icmalarının rəhbərlərini, həmçinin Gorus icmasının sədr müavinini qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Baş nazir regionla bağlı məsələləri müzakirə etməzdən əvvəl icmaların yeni seçilmiş rəhbərlərini təbrik edib.

Zəngəzurun problemlərinə toxunan Nikol Paşinyan onların hökumətin gündəlik diqqət mərkəzində olduğunu qeyd edib.

Baş nazir regionda iqtisadiyyatın və nəqliyyatın blokadadan çıxarılması, sərhədlərin demarkasiyası və delimitasiyası imkanlarına da toxunub.

Görüşlə bağlı mətbuata danışan Tatev icmasının rəhbəri Samvel Lalayan deyib.

“Ümumiyyətlə, biz təhlükəsizliklə bağlı, eləcə də baş nazirin dünən səsləndirdiyi fikirlər barədə danışdıq. Hər şeyi müzakirə etdik, qəbul olunan təkliflər verdik və normal söhbət getdi. Dəhlizdən də danışıldı, baş nazir dedi: “Bunu unudun getsin, heç kim o haqda danışmayacaq, biz də heç nə verməyəcəyik”.
Necə işləyəcəyimizi danışdıq, Paşinyan Nazirlər Kabinetinin rəhbəri kimin hansı partiyadan olmasından asılı olmayaraq, hamı ilə əməkdaşlıq etməyi təklif etdi. O, heç bir maneə olmadan, xalq adına, dövlət adına birgə işləməyi təklif etdi”.

Lalayanın sözlərinə görə, Paşinyan rəsmi Bakının Zəngəzur dəhlizinin təmin olunması ilə bağlı tələblərinə münasibət bildirib. “O dedi: "Biz sadəcə olaraq münasibətlərimizi müharibəsiz və münaqişəsiz necə quracağımızı düşünürük". Paşinyan dedi ki, dəhliz olmayacaq, hətta yolu təmin etsək də, biz qarşılıqlı razılığa gəlməliyik, lakin hələlik bu barədə söhbət getmir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Minaya düşən hərbçilərimizin hərəsinin bir ayağı amputasiya edildi 29 Noyabr 2021, 09:47 Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi Bakıya toplaşacaq 29 Noyabr 2021, 09:42 Ötən günün cinayət STATİSTİKASI 29 Noyabr 2021, 09:40 “Taliban” Avropa ittifaqından yardım istədi 29 Noyabr 2021, 09:27 Türkmənistanın mediadan gizlədilən birinci ledisi - Onun fotosu ilk dəfə YAYIMLANDI 29 Noyabr 2021, 09:01 Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?