Modern.az

Böyük Britaniyada iki nəfər yeni ştamma YOLUXDU

Böyük Britaniyada iki nəfər yeni ştamma YOLUXDU

27 Noyabr 2021, 18:20

Böyük Britaniyada koronavirusun yeni ştammı olan “Omikron”a iki yoluxma halı qeydə alınıb.

 

Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə səhiyyə naziri Sajid Cavid bildirib.

 

O, həmin şəxslərin izolyasiya olunduqlarını qeyd edib.

 

Nazir yeni ştammın aşkarlandığı ərazilərdə məqsədli testlərin aparılacağını da diqqətə çatdırıb.

 

“Bu, göstərir ki, pandemiyanın bitməsinə hələ çox var”, - o vurğulayıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrikada yayılan yeni variantının (B. 1.1.529) narahatlıq yaratdığını bildirmişdi. Yeni ştamm yunan hərfi olan “Omikron” (VOC - narahatlıq variantı kimi təyin edilib) adını alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir