Modern.az

Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB

Rusiyadan

Aktual

28 Noyabr 2021, 18:39

Rusiyada koronavirusun “Omicron” ştammı aşkarlanmayıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun əməkdaşı Kamil Hafizov deyib. 

 

Ekspertin sözlərinə görə, koronavirusun genomlarının, o cümlədən bu yaxınlarda xaricə səfər etmiş xəstələrin sekvensiyası üzrə fəal iş aparılır.

 

Qeyd edək ki, daha əvvəl senator Vladimir Kruqlı yüksək ehtimalla infeksiyanın yeni mutasiyasının ölkəyə artıq nüfuz edə biləcəyini irəli sürmüşdü.

 

Federasiya Şurasının üzvünün sözlərinə görə, koronavirusun “Omicron” ştamının yayılmasının mənbəyi, xüsusən də Misirdən qayıdan vətəndaşlar ola bilər.

 

***

15:12

Rusiyada koronavirusun yeni ştammı olan “Omikron” aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Vladimir Kruqlıy bildirib.

 

Onun sözlərinə görə, artıq Rusiyada da “Omikron” ştammı var və virusun yayılma mənbəyi Misirə səyahət etmiş vətəndaşlar ola bilər.

 

Rusiyalı senator virusun yayılma mənbəyi öyrənilənə qədər Misirlə aviaəlaqəni dayandırmağa çağırıb.

 

Qeyd edək ki, bir neçə gün qabaq alimlər Cənubi Afrika Respublilasının Bostvana şəhərində koronavirusun daha təhlükəli olan yeni ştammının aşkar olunduğunu açıqlayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!