Modern.az

Spikerdən həlak olanların ailələrinə başsağlığı

Spikerdən həlak olanların ailələrinə başsağlığı

Parlament

30 Noyabr 2021, 18:13

Milli Məclisin sədri Sahibə Qafarova bu gün Xızı rayonu ərazisindəki "Qaraheybət" aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin sədri qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması xəbəri hər birimizi dərindən sarsıdıb.

 

“Hadisə nəticəsində həlak olan heyət üzvlərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”, - deyə paylaşımda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər