Modern.az

Qəza ilə bağlı istintaq qrupu YARADILDI

Qəza ilə bağlı istintaq qrupu YARADILDI

30 Noyabr 2021, 18:40

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

 

Bu barədə Modern.az-a Baş prokurorluqdan məlumat verilib.

 

Bildirilib ki, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, o cümlədən zəruri sorğular verilib.

 

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı