Bərdə şəhərində güclü külək başlayıb.

 

Modern.az-ın məlumatına görə, güclü külək nəticəsində Bərdə şəhərinin Nizami 156 küçəsində 5 mərtəbəli yaşayış binasının dam örtüyü dağılıb.

 

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyini bildirimişdi. Qeyd olunmuşdu ki, qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin yaxın 4-5 saata ölkə ərazisinə yaxınlaşması artıq şimal-qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.