Modern.az

Vilayət Eyvazov iki yüksək rütbəli polisi nöqsanlara görə İŞDƏN ÇIXARDI

Vilayət Eyvazov iki yüksək rütbəli polisi nöqsanlara görə İŞDƏN ÇIXARDI

Aktual

2 Dekabr 2021, 10:08

Şəmkir rayon Polis Şöbəsinin iki yüksək rütbəli əməkdaşı vəzifəsindən azad edilib.

 

Modern.az-ın məlumata görə, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmrlər imzalayıb.

 

Nazirin əmrləri ilə şöbənin xidmət üzrə rəis müavini, polis polkovniki İlqar Əliyev və İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Vüqar Məmmədov vəzifədən azad edilərək sərəncama götürülüb.

 

Məlumata görə, hər iki şəxs xidmətdə yol verdikləri nöqsanlara görə vəzifədən çıxarılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır