Modern.az

45 milyon insan aclıqla üzləşə BİLƏR

45 milyon insan aclıqla üzləşə BİLƏR

Dünya

2 Dekabr 2021, 21:11

Dünyanın 43 ölkəsində 45 milyona yaxın insan aclıq problemi ilə üzləşə bilər. 

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin dekabrın 2-də dərc olunmuş hesabatında deyilir.

 

Bildirilir ki, həddindən artıq yoxsulluq yenidən artmaqdadır. 

 

Dünyanın ən ehtiyacı olan əhalisinə kömək üçün 41 milyon dollara ehtiyac olacağı bildirilir. 

 

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitin sözlərinə görə, iqlim dəyişikliyi böhranı ilk növbədə ən həssas qruplara təsir edir. Qriffit Əfqanıstan, Myanma və Efiopiyaya istinad edərək dünyanın müxtəlif yerlərində qeyri-sabitliyin gücləndiyini qeyd edib.

 

“Epidemiya hələ bitməyib, yoxsul ölkələr peyvənddən məhrumdur”, - deyə o əlavə edib. Hesabatda dünya əhalisinin 1%-dən çoxunun qaçqın olduğu bildirilir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?