Modern.az

“İçərişəhər”in direktor müvini koronavirusdan öldü

“İçərişəhər”in direktor müvini koronavirusdan öldü

Allah rəhmət eləsi̇n

4 Dekabr 2021, 17:49

“İçərişəhər” Muzey Mərkəzinin direktor müvini Gülnar Əliyeva koronavirusdan vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Gülnar Ələkbər qızı Əliyeva 1945-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildən 1994-cü ilədək “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-muzeyində çalışıb. Əmək fəaliyyətinə muzey baxıcısı kimi başlamış Gülnar Əliyeva, qısa bir müddət ərzində bələdçi, kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifəsinə ucalıb.

2008-ci ildən təcrübəli muzeyşünas kimi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsinə işə qəbul edilib.

2014-cü ildə Əməkdar Mədəniyyət işçisi adına layiq görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu