Modern.az

“Ərdoğan Putinlə Zelenski arasında dialoq təşkil edə bilər”

“Ərdoğan Putinlə Zelenski arasında dialoq təşkil edə bilər”

4 Dekabr 2021, 22:44

Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə normal münasibətləri var və iki ölkə arasında yaşanan gərginliyin azaldılmasında üzərinə düşəni yerinə yetirməyə çalışacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın danışıb.

 

Kalın deyib ki, bu məsələ ilə bağlı əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Valdimir Putin arasında dialoq təşkil edə bilər.

 

"Əsas çağırışımız təbii ki, bu problemi öncə öz aralarında həll etmələridir. Əgər bu baş tutsa, ideal vəziyyət olardı. Amma bu baş verməsə, Türkiyə də rol oynaya bilər”, -, deyə prezident sözçüsü bildirib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir