Modern.az

\"Dost və qardaş Azərbaycanın yanındayıq\" - Akar

\

5 Dekabr 2021, 23:01

"Hərbçilərimiz dünyanın bir sıra ölkələrində vicdanlı və ümumbəşəri prinsiplərlə, böyük səylə çalışaraq, insan haqları, regional səviyyədə sülhün yaranmasına mühüm töhfələr verib".

 

Modern.az xəbər verir ki, bunu Qətərdə səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

 

Onun sözlərinə görə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri Azərbaycan və Liviyada, eləcə də Somalidə, Kosovoda, Bosniya və Herseqovinada, həmçinin digər ölkələrdə öz tarixinə, mədəniyyətinə və əcdadlarına uyğun olaraq, vicdanlı və ümumbəşəri prinsiplər çərçivəsində böyük səylə çalışaraq, insan haqları, regional və dünya sülhünə mühüm töhfələr verib.

 

Hulusi Akar qeyd edib ki, Türlkiyə bundan sonra da dost və qardaş ölkələrin yanında olmağa davam edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir