Modern.az

“Türk dünyası güclü olarsa, nə masada, nə də meydanda məğlub olar” – Aziz Sancar  

“Türk dünyası güclü olarsa, nə masada, nə də meydanda məğlub olar” – Aziz Sancar  

Aktual

6 Dekabr 2021, 11:45

“Türk dünyası bilik və bacarıqların inkişafına nə qədər çox sərmayə yatırsa, nə müharibədə uduzar, nə də qazanılan zəfəri müzakirələr zamanı əldən çıxarar. Son 5 ildir əlimdən gəldiyi qədər bütün türk dövlətlərini ziyarət edirəm, rəsmilərlə görüşürəm və onları elmə böyük sərmayə qoymağa çağırıram”.

 

Modern.az xəbər verir ki, bu sözləri Nobel mükafatçısı Aziz Sancar mətbuat nümayəndələri üçün keçirilən brifinqdə deyib.

 

O bildirib ki, texnologiyadan əlavə, peşəkar kadrların yetişdirilməsi vacibdir:

 

“Silah və ya digər hərbi texnikaları pulla satın almaq olar. Lakin onlar sıradan çıxsa peşəkar kadr olmasa yarı yolda qalarsınız. Eyni zamanda, tam müstəqil və haqqımızı deyə biləcək səviyyəyə çatmaq üçün təməl biliklərə böyük sərmayə qoyulmalıdır”.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü