Modern.az

Maaş, pensiya və təqaüdlərin nə qədər artacağı AÇIQLANDI

Maaş, pensiya və təqaüdlərin nə qədər artacağı AÇIQLANDI

6 Dekabr 2021, 12:20

"Gələn il əməkhaqqında orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib.

 

Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır:

 

"Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?