Modern.az

Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı

6 Dekabr 2021, 15:44

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 6-da Milli Təhlükəsizlik Şurasının toplantısını keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər.

 

İclasda qurumun üzvləri ilə yanaşı, parlamentin sədri Alen Simonyan, baş nazir administrasiyasının rəhbəri Araik Arutyunyan, parlament sədrinin müavini Ruben Rubenyan, hakim “Vətəndaş müqaviləsi” parlament fraksiyasının rəhbəri Ayk Koncoryan, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Eduard Ağacanyan, habelə parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan da iştirak edib.

 

Qeyd edək ki, şuranın gündəliyi barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir