Modern.az

İlon Maska böyük rəqib

İlon Maska böyük rəqib

7 Dekabr 2021, 00:22

Yeni Zelandiyada yerləşən “Rocket Lab” aerokosmik firması təkrar istifadə edilə bilən “Neytron” raketlərini təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə “TechCrunch” nəşri yazıb.

 

“Rocket Lab”ın icraçı direktoru Peter Bek öz video bəyanatında yenilikçi dizaynlarla təkrar istifadə edilə bilən raket texnologiyasını növbəti səviyyəyə daşıyacağını vəd edib.

 

İlk uçuşunu 2024-cü ildə edəcəyi gözlənilən raketlər firmanı İlon Maskın “SpaceX” kosmik şirkətinin ən əhəmiyyətli rəqiblərindən birinə çevirir.

 

İlk dəfə mart ayında elan edilən “Neytron” raketi iki gücləndirici mərhələdən ibarətdir. Digər raketlərdə olduğu kimi, ikinci mərhələ kosmosa buraxılması nəzərdə tutulan əsas yükü öz üzərinə götürür.

 

“Neytron” həmçinin hazırda ən davamlı raket yanacaqlarından birini istifadə edəcək “Arximed” adlı mühərrikə malikdir. Sözügedən yanacaq növü metan və maye oksigenin birləşməsindən ibarətdir.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?