Modern.az

Manyak həkimin məhkəməsi başlayıb

Manyak həkimin məhkəməsi başlayıb

24 Fevral 2010, 09:34

Amerikada yüzdən artıq uşağı zorlamaqda ittiham olunan pediatr-həkimin məhkəməsi başlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Delaver ştatının prokuroru Beo Bayden pediatr Erl Bredlinin 417 cinayətdə şübhəli bilindiyini açıqlayıb. Uşaq həkiminin qurbanları arasında ən az yaşlısı 6 aylıq körpədir. 56 yaşlı manyak həkim ötən ilin dekabrında Lyus şəhərciyində həbs olunub. Polisin məlumatına görə,  Bredli 10 il ərzində 1998-ci  ildən başlayaraq azyaşlı pasiyentləri zorlayıb. Prokurorluq nümayəndəsi Aleksis Slutskinin sözlərinə görə, həkim uşaqları  öz tibb kabinetində zorlayıb. Və bütün cinayətlərini lentə alıb.    

 

Valideynlər uşaqlarının başına gələn nəsə xoşagəlməz işlərdən çoxdan şübhələniblər. Lakin polis bir müddət cinayətkarın izinə düşə bilməyib. Cinayətin üstü isə 2 yaşlı uşaq  anasına həkimin tibbi müayinə zamanı onunla kobud rəftar etməsini anasına danışdıqdan sonra açılıb. Reyd zamanı pedofil-həkimin evindən çoxsaylı lentlər tapılıb.  Saxlandıqdan sonra Bredlinin həkimlik lisensiyası əlindən alınıb. İlkin mərhələdə Bredli 33 ağır cinayətdə ittiham olunub. İlkin dinləmələr yanvarda keçirilib. Bir müddətdən sonra 2,9 milyon dollar girov qarşılığında azğın həkim azadlığa çıxıb. 

 

Cəmi 3,1 min əhalisi olan Lyus şəhərciyinin sakinləri dəhşət içindədir. Prokuror qeyd edib ki, ştatın tarixində belə bir şey heç vaxt olmayıb. Pediatr həkimin vəkili isə  müdafiə etdiyi şəxsin psixi durumuna şübhə etdiyini açıqlayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi