Modern.az

Məhkəmə cinayətkara 4 əsrlik cəza verib

Məhkəmə cinayətkara 4 əsrlik cəza verib

Dünya

25 Fevral 2010, 09:38

Amerika məhkəməsi qadınlara təcavüzdə ittiham olunan  ölkə vətəndaşı barədə ağlagəlməz cəza müddəti seçib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkun cənub-şərqindəki Bruklin şəhər məhkəməsi Boker Tomasa 4 əsrlik cəza verib.  Tomas bir qız uşağı və 6 qadına təcavüz edib. Cinayətkar 430 il həbs cəzası alıb. DNK  testi və video-görüntülərə rəğmən özünü günahsız hesab edən təcavüzçü hüquqi xətaya qurban getdiyini iddia edir.  Məhkəmənin hakimi Tomasa “İblis, toplum düşməni, uşaqlara hücum edən vəhşi və xəstə cani” deyə müraciət edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü