Arxiv
25 Fevral 2010, 18:32 | QARABAĞ
Mətbuat Şurasının mükafatlandırdığı jurnalistlərin siyahısı

Fevralın 25-də Mətbuat Şurasının və «Xocalı Sayqırımını Tanıtma» İctimai Birliyinin «Azərsun Holdinq»in maliyyə dəstəyi ilə birgə həyata keçirdiyi «Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi çərçivəsində baş tutan media müsabiqəsinə yekun vurulub. Modern.az xəbər verir ki, bu münasibətlə «Azərsun Holdinq»in mədəniyyət mərkəzində qaliblərə mükafatların təqdimetmə mərasimi düzənlənib.

 

Tədbirdə «Azərsun Holdinq»in vitse-prezidenti Tahir Gözəl çıxış edərək Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı müsabiqənin təşkilini ölkənin ictimai həyatında mühüm hadisə kimi dəyərləndirib. O, medianın türk dünyasının ortaq faciəsi olan olaya münasibətdə daha mütəşəkkil mövqe tutmasının zəruriliyini bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Xocalı faciəsinin insanlığa qarşı yönəlmiş ən ağır cinayət faktlarından biri kimi dəyərləndirib. Dəhşətli hadisəyə ölkə mediasının hər zaman böyük diqqət göstərdiyini nəzərə çatdırıb. Şura sədri bildirib ki, KİV-lər dünya miqyasında Azərbaycanın ədalətli mövqeyinin təbliği istiqamətində genişmiqyaslı işlər həyata keçirməkdədir: «Lakin Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. 20 faizdən artıq torpağımız işğal altındadır. Mövcud durumda dövlət qurumları ilə yanaşı ictimai təşkilatların, həmçinin  medianın da üzərinə mühüm missiya düşür. KİV-lər 18 il əvvəl baş verən qanlı olayın layiqli qiymətini almasında daha mütəşəkkil mövqe tutmalıdırlar».

 

Müsabiqənin Münsiflər Heyətinin sədri, millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov yaradıcılıq bəhsləşməsinin xarakterik xüsusiyyətləri barədə məlumat verib. Ümumilikdə 7 nəfərin təmsil olunduğu heyətin 76 yazını nəzərdən keçirdiyini bildirən B.Sadıqov qalibləri təbrik edib. Sonra müsabiqə qaliblərinə və fərqlənənlərə mükafatlar təqdim olunub. 1-ci yerin mükafatı «Kaspi» qəzetinin əməkdaşı Sənan Nəcəfova verilib. Digər mükafatlar aşağıdakı şəxslərə təqdim edilib.

 

2-ci yer:

 

Ceyhun Musaoğlu,

Səriyyə Müslimqızı 

3- yer:

 

Rufik İsmayılov, 

Cəvahir Səlimqızı, 

Kəbutər Haqverdiyeva

 

Araşrma yazınominasiyası:

 

Saleh Bəy Qarabağlı

  

sləndirici kafat nominasiyası:

 

1. Bəxtiyar Elcan

2. Nicat İntiqam

3. Elçin Bayramlı

4. Əziz Mustafa

5. Səbinə Mövsümova

6. Zülfiyyə Quliyeva

7. Seymur Verdizadə

8. Əntiqə Rəşidqızı

9. Novruz Novruzov

 

Qeyd edək ki, müsabiqənin Münsiflər Heyətinin tərkibinə millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru B.Sadıqovdan başqa «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov, millət vəkili Elman Məmmədov, Əsir və İtkin Düşmüş Vətəndaşların işi üzrə Dövlət Komissiyasının üzvü Mahir Cavadlı, Azərbaycan Respublikasının Diaspora Komitəsinin əməkdaşı Elşad Miralim daxil idi.

 

Müsabiqəyə 1 sentyabr 2009-cu ildən 10 fevral 2010-cu ilədək KİV-lərdə dərc olunan 76 məqalə təqdim edilib.

 

Məqalələrdən 36-ı gündəlik, 32-i həftəlik, ayda 2-3 dəfə çıxan qəzetdə, 5-i informasiya agentliyində, 2-i xəbər portalında, 1-i isə radionun rəsmi internet səhifəsində dərc olunub.

 

Məqalələr 22 gündəlik, 13 həftəlik, ayda 2-3 dəfə çıxan qəzetdə, 3 informasiya agentliyində, 2 xəbər portalında və 1 radio internet səhifəsində olmaqla ümumilikdə 41 kütləvi informasiya vasitəsində dərc edilib. Onlardan 64-ü 2010-cu, 12-i 2009-cu ildə çıxıb. 3 məqalə rus dilində təqdim olunub.

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bu məlumatlar qorxu yaratmaq məqsədi daşıyır” - Səməd Seyidov 7 Aprel 2020, 15:23 Hesablama Palatasının İş planına yenidən baxılacaq - Sədrin AÇIQLAMASI 7 Aprel 2020, 15:14 İsmayıllıda naməlum kişi meyiti tapıldı 7 Aprel 2020, 15:08 Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA 7 Aprel 2020, 15:02 Koçaryan Paşinyanı MƏHKƏMƏYƏ VERDİ 7 Aprel 2020, 14:58 Türkiyədən qayıda bilməyən 10 min soydaşımıza YARDIM EDİLƏCƏK 7 Aprel 2020, 14:48 Azərbaycan TV-lərinə ETİRAZ: İnsanları qorxuya salırlar 7 Aprel 2020, 14:42 Çin Azərbaycana tibbi humanitar yardım GÖNDƏRİB 7 Aprel 2020, 14:36 İşsizlərin qeydiyyatı yalnız ONLAYN aparılır   7 Aprel 2020, 14:30 Bu il Pasxa bayramı nə vaxt çıxacaq? 7 Aprel 2020, 14:17 Baş infeksionist xüsusi karantin rejiminin nə vaxt başa çatacağından DANIŞDI 7 Aprel 2020, 14:04 “Milli Məclis” jurnalınında da dəyişiklik olacaq 7 Aprel 2020, 13:58 Əfv sərəncamının icrası başa çatıb 7 Aprel 2020, 13:52 TƏBİB-dən sağlam insanlara ÇAĞIRIŞ 7 Aprel 2020, 13:46 Azərbaycanda tibbi maska istehsalına başlandı - VİDEO 7 Aprel 2020, 13:40 “ASAN Məktub” vasitəsilə 210 nəfərin ehtiyacı təmin edilib 7 Aprel 2020, 13:34 Ermənistanda koronavirusun real miqyası GİZLƏDİLİR 7 Aprel 2020, 13:27 Hökumət deputatlara verilən hesabatda yenilik etdi 7 Aprel 2020, 13:23 Lerikdə meşədə ağac kəsən şəxslər cəzalandı 7 Aprel 2020, 13:16 Parlamentin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək 7 Aprel 2020, 13:10 Əfv sərəncamının verilməsi humanizmin təntənəsidir 7 Aprel 2020, 13:04 Sabaha olan teledərslərin cədvəli açıqlandı 7 Aprel 2020, 12:58 Regionlara qar yağır: “Meyvə ağaclarına ciddi ziyan dəyəcək” 7 Aprel 2020, 12:52 Yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA 7 Aprel 2020, 12:46 İcra başçısı polis rəisi ilə birlikdə postları yoxladı - FOTO 7 Aprel 2020, 12:40 Əfv olunan MTN generalları karantinə götürüldü 7 Aprel 2020, 12:35 Biz birlikdə güclüyük  7 Aprel 2020, 12:29 Kimlər işsiz sayılmır? - RƏSMİ CAVAB 7 Aprel 2020, 12:18 Genefondumuz üçün vacib addımlar atılır - Partiya sədri 7 Aprel 2020, 12:12 QHT Şurası Real TV ilə yeni kampaniyaya başlayır 7 Aprel 2020, 12:06 Sarkisyan Aprel döyüşləri ilə bağlı dindiriləcək 7 Aprel 2020, 12:00 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video 7 Aprel 2020, 11:54 Rusiyada koronaviruslu xəstələrin sayı 7500-ə çatdı 7 Aprel 2020, 11:50 Hacı Əbdüllə bağlı xatirələrim var... 7 Aprel 2020, 11:46 Nazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək 7 Aprel 2020, 11:40