Arxiv
1 mart 2013, 23:56 | AKTUAL
Mehriban Əliyeva Bakı kəndlərində olub - FOTOLAR

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Binə, Türkan, Şüvəlan və Buzovna qəsəbələrində olub, təmiri və əsaslı surətdə yenidən qurulması nəzərdə tutulan bir sıra obyektlərə baş çəkib.

Modern.az-ın  məlumatına görə, əvvəlcə Binə qəsəbəsindəki İmam Rza məscidinə gələn birinci xanım Mehriban Əliyeva burada sakinlərlə görüşdü. Məscidin axundu Hacı Həsən Binə sakinləri adından qəsəbədə görülən işlər, həyata keçirilən layihələrlə bağlı Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirib.

Azərbaycanın birinci xanımı sakinlərin arzu və təkliflərini dinlədi, onların həlli istiqamətində tövsiyələrini verdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban  Əliyeva bildirdi ki, qəsəbədə görülən bütün işlərin məqsədi insanların daha rahat yaşamasını təmin etməkdir.

Birinci xanım Mehriban Əliyeva Binədə görülən işlərdən danışdı, yeni məktəblərin tikildiyini, mədəniyyət evinin, kitabxananın yenidən qurulduğunu, işıq və qaz xətlərinin çəkildiyini qeyd etdi.
Mehriban Əliyeva onun salamlarının qəsəbə sakinlərinə çatdırılmasını xahiş etdi.

Daha sonra Mehriban  Əliyeva məscidin yenidənqurma işlərindən əvvəlki fotoşəkillərinə baxdı. Məlumat verildi ki, məscid binasının dam örtüyü zədələndiyi üçün yağış suları içəri axaraq interyeri korlamışdı. Qəsəbə ağsaqqalları məscid binasının təmirinə yardım üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Müraciət əsasında 2012-ci ilin sentyabrından yenidənqurma işlərinə başlanıb. Məscid binası bu ilin birinci yarısında təhvil veriləcək.

Məscid, minarə və xidməti otaqlardan ibarət kompleksin sahəsi 1800 kvadratmetrdir. Burada kişilər və qadınlar üçün namaz otaqları, ehsan zalı və digər xidməti otaqlar var. Yenidənqurma işləri zamanı köməkçi bina yenidən tikilib, minarə günbəzi, ümumi tikinti sahəsinin forması və minbər tamamilə dəyişdirilib, hasar yenilənib. Binada müasir istilik sistemi quraşdırılacaq, qazanxana, 60 tonluq yeraltı su anbarı tikiləcək, interyer rəssamlar və nəqqaşlar tərəfindən yenidən işlənəcək. Təmir zamanı əsas binanın bünövrəsi də möhkəmləndirilib.
Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva daha sonra Binə qəsəbəsindəki 285 nömrəli körpələr evi-uşaq bağçasında oldu. Milli Məclisin deputatına məlumat verildi ki, 1986-cı ildə tikilən və ümumi sahəsi 1900 kvadratmetrdən çox olan uşaq bağçasında indiyə qədər heç vaxt əsaslı təmir işləri aparılmayıb. 1993-cü ildən bağçada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşən soydaşlarımız məskunlaşmışdı. Bu il isə onlar yeni mənzillərlə təmin ediliblər. Diqqətə çatdırıldı ki, bağçada yaş yarımdan 6 yaşınadək uşaqlara xidmət edən 75 körpədən ibarət 4 qrup olsa da, binanın yarıtmaz vəziyyəti fəaliyyət göstərməyə imkan vermirdi. Bildirildi ki, 285 nömrəli bağça bu ərazidə yeganə məktəbəqədər uşaq müəssisəsidir. Tələbat artdığına görə Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada uşaq bağçası üçün yeni binanın inşası nəzərdə tutulub. Mehriban xanım Əliyeva işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsinə dair tövsiyələrini verdi.

Sonra Türkana gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qəsəbə sakinləri ilə görüşdü, onların problemləri ilə maraqlandı. Bildirdi ki, qarşıya qoyulan bütün vacib məsələlər həll olunur. Türkan qəsəbəsində artıq ikinci bağça binasının inşasına başlanıldığını deyən Mehriban xanım Əliyeva qəsəbədə tikinti və quruculuq işlərinin vüsət aldığını söylədi. Milli Məclisin deputatı Xəzər rayonunun bütün məktəblərinin yeni, müasir standartlara uyğun qurulduğunu bildirdi. Gələcək illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı zəruri addımların atılacağını qeyd edən Heydər Əliyev Fondunun prezidenti vurğuladı ki, bununla da qəsəbədə yeni iş yerlərinin açılmasına nail olunacaq.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Daha sonra Milli Məclisin deputatı burada tikilməkdə olan yeni uşaq bağçasında inşaat işlərinin gedişi ilə tanış oldu. Məlumat verildi ki, hazırda Türkan qəsəbəsində uşaq bağçasına böyük ehtiyac vardır. Ötən ilin sonunda inşasına başlanan müasir tipli 200 yerlik uşaq bağçasının bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.

Heydər Əliyev Fondunun prezidentinin diqqətinə çatdırıldı ki, ikimərtəbəli binada 2 körpə, 4 orta, 4 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərəcəkdir. Uşaq bağçası bütün əyani və texniki vasitələrlə təchiz ediləcək. Binada hovuz, musiqi və idman otaqları yaradılacaq, müasir havalandırma sistemi quraşdırılacaq. Həyətdə uşaqların əyləncəsi və fiziki inkişafı üçün şərait yaradılacaq.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 1-də Şüvəlan qəsəbəsindəki zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində də oldu.
Buradakı vəziyyətlə tanış olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verildi ki, internat məktəbi 1963-cü ildə inşa olunmuşdur. Hazırda burada 130 şagird təhsil alır. Binanın əsaslı təmirə ehtiyacı var.

Mehriban xanım Əliyeva internat məktəbinin yenidən qurulması ilə bağlı tövsiyələrini verdi.
Sonra Azərbaycanın birinci xanımı qəsəbə sakinləri ilə görüşdü, onlarla söhbət etdi.
Mehriban xanım Əliyeva bildirdi ki, Xəzər rayonunun bütün qəsəbələrində olduğu kimi, Şüvəlanda da həyata keçirilən layihələr uğurla davam etdirilir. Belə ki, sosial problemlər öz həllini tapmaqla yanaşı, burada təhsil ocaqları, məktəbəqədər müəssisələr, mədəniyyət mərkəzləri təmir olunur və yenidən qurulur. İki nömrəli xüsusi internat məktəbinin də müasir üslubda qurulmasının vacibliyini qeyd edən Mehriban xanım Əliyeva uşaqlara yüksək keyfiyyətli təhsilin verilməsinin əhəmiyyətini vurğuladı.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sonra Şüvəlandakı sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat məktəbinə gəldi.
Burada Azərbaycanın birinci xanımına məlumat verildi ki, 1964-cü ildə inşa olunan internatda 136 şagird təhsil alır. Bu müəssisə də yararsız vəziyyətə düşmüşdür və binanın əsaslı yenidənqurma işlərinə ciddi ehtiyac var. Heydər Əliyev Fondunun prezidenti bu internat məktəbinin də yenidən qurulacağını bildirdi.
Mehriban xanım Əliyeva internat məktəbində təhsil alan uşaqlara da baş çəkdi. Onlarla söhbət edən Azərbaycanın birinci xanımı balacaların əl işlərinə də baxdı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın baş çəkdiyi növbəti məktəbəqədər tərbiyə müəssisəsi Buzovna qəsəbəsindəki 246 nömrəli körpələr evi-uşaq bağçası oldu.
Bu tərbiyə müəssisəsi ilə yaxından tanış olan Mehriban xanım Əliyevanın diqqətinə çatdırıldı ki, 1985-ci ildə inşa edilən və indiyədək əsaslı təmir işləri görülməyən bağça Azərbaycan və rus bölmələri daxil olmaqla 2-6 yaşlı uşaqlar üçün ixtisaslaşmışdır. Səkkiz min kvadratmetrdən çox sahəsi olan uşaq bağçası istifadə üçün yararsız vəziyyətdədir. İkimərtəbəli binada istilik sistemi yoxdur.
Mehriban xanım Əliyeva bildirdi ki, Heydər Əliyev Fondu bu uşaq bağçasının da yenidən qurulmasını nəzərdə tutur.
Fondun prezidenti Mehriban xanım Əliyeva yenidənqurma işlərinin yüksək səviyyədə aparılması, uşaq bağçasının bütün əyani və texniki vasitələrlə təchiz olunmasına dair tövsiyələrini verdi.


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əhmədov Medvedevə məktub göndərdi 23 Oktyabr 2020, 10:10 “Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım” - Kamil Zeynallı 23 Oktyabr 2020, 10:04 “Müasir kimyanın problemləri və inkişaf tendensiyaları" mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək   23 Oktyabr 2020, 09:58 Xorvatiya mətbuatında Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunur - Səfir 23 Oktyabr 2020, 09:52 Hər məntəqədə azı bir dağıdılmış ev, vurulmuş hərbi texnika olduğu kimi saxlanılsın - JURNALİSTLƏRDƏN TƏKLİF 23 Oktyabr 2020, 09:46 Bakıda iki nəfər köməksiz qaldı 23 Oktyabr 2020, 09:40 Azərbaycanın meşə sahəsinin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir 23 Oktyabr 2020, 09:34 “Brent” yenidən ucuzlaşdı 23 Oktyabr 2020, 09:28 Dolların bu günə olan məzənnəsi 23 Oktyabr 2020, 09:25 Qarabağda ilk mobil rabitə! 23 Oktyabr 2020, 09:23 Novruz Aslanov növbəti onlayn qəbul keçirib   23 Oktyabr 2020, 09:19 Azərbaycan Ordusu Şanlı tarix yazır 23 Oktyabr 2020, 09:16 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25