Arxiv
3 mart 2013, 12:32 | AKTUAL
Qorbaçovdan gözlənilməz açıqlama: “Sovet İttifaqına qayıtmağa hazıram”

Martın 2-də SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun doğum günü idi. Həmin gün o, Rusiyanın "Komsomolskaya pravda" qəzetinə müsahibə verib. Modern.az həmin müsahibədən qısa hissəni sizə təqdim edir:

-Prezident Putin sizin silahdaşınız, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevlə Avrasiya İttifaqını dirçəltmək istəyir. Sizcə, bunun bir perspektivi varmı və ittifaqı hansı səhvlərdən çəkindirə bilərdiniz?

- Perspektivlər təbii ki, var. Sovet İttifaqı dağılandan sonra, hələ ilk çağlarda Boris Yelsinin vaxtında Rusiya, Ukrayna, Qazaxıstan və Belarusun vahid iqtisadi məkan yaradılması ideyası vardı. Artıq 70-ə qədər sənəd işlənib hazırlanmışdı. Bu, mən hesab edirəm ki, çox doğru yol idi. Amma sonra keçmiş sovet respublikalarının siyasi elitasının münaqişələri başladı. Yeni prezidentlər müxtəlif istiqamətlərə yönəldilər... Rusiya nəzərlərini şərqə yönəltdi. Həyat guya bu istiqamətdə hərəkət edirmiş. Hərçənd, bunu son dərəcə uzağıgörməzlik hesab edərdim. Birindən o birinə keçmək, özü də 4 ölkəni birləşdirə biləcək layihələri atmaq... Bu dörd ölkə isə Sovet İttifaqının 80%-nı təşkil edir.

- Yəgin eştimisiniz, Belovesjk (SSRİ-nin dağılmasını rəsmiləşdirən saziş) razılaşmasının əsli yoxa çıxıb?

- Doğurdan? Maraqlıdır. Onda İttifaqı bərpa etmək lazımdır! (Hiyləgərcəsinə gülümsəyir)

- Tapa bilmirlər. Surətləri var, amma o vaxt imzalanan əsli yoxdur! Həqiqətən, bu barədə eştiməmisiniz?

- Xeyr. Lakin indi bilirəm. Məni ki, ümumiyyətlə, bu vəzifədən (SSRİ-nin prezidenti- red.) heç kim qovmayıb. Özüm getmişəm.

- Doğurdan, qayıda bilərsiniz?

- Əgər Belovejsk razılaşması yoxdursa, İttifaqı bərpa etmək lazımdırsa, mən qayıtmağa hazıram.

- Yəni, siz Avrasiya İttifaqının yaradılmasına razısınız?

- Yaxşı mənada mən onu əldən buraxmazdım. Hərçənd, vaxt ötüb və artıq geri qayıtmaq gecdir.

- Niyə?

- Onlar şıltaqdırlar.

- Kim, ukraynalılar?

- Hamısı. Bir-birilərinin qabağında elə bil… çox “Kəkələnirlər”. Heç bir şəkildə dost ölkələrin prezidentlərinə dəymək istəmirəm. Onlar hamısı ləyaqətli insanlardırlar. Ədalətli şəkildə öz vəziflərindədirlər.(anspress)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18 Nüvə silahlarını qadağan edən  müqavilə bu tarixdə  qüvvəyə minəcək 25 Oktyabr 2020, 08:15 Ordumuz Laçında  xeyli  irəlilədi, düşmən Ağdərədə ağır itkilər verdi - RƏSMİ 25 Oktyabr 2020, 08:14