Modern.az

Sarkozi siyasətə qayıdır

Sarkozi siyasətə qayıdır

Aktual

6 Mart 2013, 22:15

Fransanın eks-prezidenti Nikola Sarkozi yenidən siyasətə qayıdır. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu haqda sabiq prezident özü məlumat verib.

N.Sarkozi siyasətə qayıtmaq istəmədiyini bildirsə də bu addımı sırf ölkəsi naminə edəcəyini deyib.

"Bir zaman gələr ki, sizin arzunuz və ya seçiminizin heç bir əhəmiyyəti qalmaz. Bu vəziyyətdə istəməsəniz belə, sırf ölkəniz üçün siyasətə qayıtmağa məcbur qala bilərsiniz.”- deyə bildirib.

Qeyd edək ki, N.Sarkozi ötən il may ayında keçirilən president seçkilərinə hazırda president Fransua Ollanda məğlub olduqdan sonra siyasətdən getdiyini bildirmişdi.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi