Modern.az

Məşhur məşqçi "Xəzər Lənkəran" klubuna gətirildi

Məşhur məşqçi "Xəzər Lənkəran" klubuna gətirildi

8 Mart 2013, 21:50

Con Toşak “Xəzər Lənkəran”da!

“Xəzər Lənkəran” özünə yeni baş məşqçi tapıb. Modern.az-ın məlumatına görə, bu haqda Qol.Az-a klubun vitse-prezidenti Tuyqun Nadirov xəbər verib. Onun sözlərinə görə, bu gün uelsli mütəxəssis Con Toşakla rəsmən anlaşıblar. Onunla üç illik müqavilə imzalanacaq.

T.Nadirov Toşakın martın 15-də Bakıya gələrək “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulacağını bildirib.

Qeyd edək ki, məşhur Con Toşak müxtəlif vaxtlarda Madrid "Real"ı da daxil olmaqla İspaniya bir neçə klubunda, İtaliyanın "Katanya", Türkiyənin "Beşiktaş", eləcə də Uels və Makedoniya millilərində baş məşqçi işləyib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu