Arxiv
19 Sentyabr 2009, 17:17 | PARLAMENT
Oqtay Əsədov: "Sərhədlərin açılması ilə torpaqların işğaldan azad olunması paralel həyata keçirilməlidir"

Milli Məclisin Sədri cənab Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 16-dan 18-dək İsveçrə Konfederasiyasında rəsmi səfərdə olub. Nümayəndə heyətinin tərkibinə deputatlar Çingiz Əsədullayev, Asim Mollazadə, Elton Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.
Sentyabrın 17-də Milli Məclisin nümayəndələri əvvəlcə İsveçrə Parlamentində olublar, İsveçrə Milli Şurasının və Dövlətlər Şurasının plenar iclaslarının işini müşahidə ediblər.
İsveçrə parlamentinin binası ilə tanışlıqdan sonra Milli Şuranın Sədri xanım Çiara Simoneski-Kortezi ilə görüş keçirilib. Şura Sədri bu cür səfərləri yüksək qiymətləndirib və böyük inam hissi ilə qeyd edib ki, hər iki ölkə arasında aparılan dialoqa parlamentlərimiz öz töhfəsini verəcək. Şura Sədri İsveçrənin Türkiyə-Ermənistan danışıqlarında vasitəçilik missiyası yerinə yetirdiyini diqqətə çatdırıb. Səmimi qəbula görə öz təşəkkürünü bildirən Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycan dost İsveçrə ilə əlaqələrin bütün sahələrində, o cümlədən parlamentlər səviyyəsində daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir: “Ölkə başçılarımızın səyi nəticəsində bu əlaqələr daha da genişlənir və möhkəmlənir”. Spiker bu il İsveçrə Parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasının Azərbaycan parlamentində məmnunluqla qarşılandığını qeyd edib. Söhbətdə bir sıra regional və beynəlxalq məsələlər də diqqət mərkəzində olub. Görüşün sonunda Milli Məclisin Sədri Oqtay Əsədov Milli Şuranın qonaqlar kitabına ürək sözlərini yazıb.
Azərbaycan parlament nümayəndə heyətinin növbəti görüşü Dövlətlər Şurasının Sədri Alan Berse ilə olub. Bu görüşdən məmnun qaldığını bildirən Şura Sədri dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Şura Sədri inamla qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında İsveçrəyə nəzərdə tutulmuş səfəri ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsinə, İsveçrə-Azərbaycan münasibətlərinin yeni müstəvidə inkişafına təkan verəcək.
Qarşılıqlı səfərlərin son vaxtlar daha da artdığını bildirən Milli Məclisin Sədri Oqtay Əsədov ölkələrimiz arasında bir neçə mühüm sənədlər imzalandığını, aparılan danışıqların, imzalanmış sənədlərin bu əlaqələrin hüquqi bazasının yaranmasına və möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin prioritet istiqamətlərdən biri Avroatlantik məkana inteqrasiyadır.
Ölkəmizdə aparılan demokratik, hüquqi, iqtisadi islahatlardan söz açan Sədr bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində dünyada baş verən iqtisadi böhran Azərbaycana zəif təsir edib və bu böhranın ölkəmizdən yan keçməsi üçün bütün qabaqlayıcı tədbirlər görülüb. Görüşdə Azərbaycanın üzləşdiyi ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı söhbətlər aparılıb.
Sentyabrın 17-də Milli Məclisin nümayəndə heyəti İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri (faktiki olaraq Xarici İşlər naziri) xanım Mişelin Kamili-Rey ilə görüşüb. Mişelin Kamili-Rey öz ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərdiyini söyləyib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrında İsveçrəyə nəzərdə tutulmuş səfəri ilə bağlı ciddi hazırlıq işləri görülür. İsveçrə bu səfəri səbirsizliklə və böyük məmnuniyyətlə gözləyir.
Söhbətdə Azərbaycanın üzləşdiyi ən ağrılı problem – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan departament rəhbəri Türkiyə-Ermənistan danışıqlarında vasitəçilik missiyasının İsveçrə hökuməti tərəfindən onun rəhbərlik etdiyi quruma həvalə olunduğunu diqqətə çatdırıb.
Bu görüşdən məmnun qaldığını bildirən Milli Məclisin Sədri Oqtay Əsədov ölkələrimiz arasında yaranmış əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib. O.Əsədov ümidvar olduğunu bildirib ki, Prezident İlham Əliyevin İsveçrəyə səfəri ölkələrimiz arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasına, daha geniş və hərtərəfli inkişafına təkan verəcək. Spiker Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İsveçrə hökumətinə təşəkkürünü bildirdi. O.Əsədov qeyd edib ki, Türkiyə ilə Ermənistan sərhədlərinin bağlanmasına səbəb Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasıdır: “Bu məsələ isə neçə illərdir öz həllini tapmayıb. Ermənistan beynəlxalq hüquq normalarına və nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymur. Azərbaycan isə nə Türkiyənin, nə də Ermənistanın daxili işlərinə qarışmaq fikrində deyil. Amma hamı bilməlidir ki, sərhədlərin açılması prosesi ilə torpaqların işğaldan azad olunması məsələsi paralel olaraq həyata keçirilməlidir. Bu məsələdə paralelliyi pozmaq istəyənlər anlamalıdırlar ki, işğal olunmuş ərazilər boşaldılmadan sərhədlərin açılması Azərbaycanın milli maraqlarına zidd olmaqla yanaşı, eyni zamanda, Cənubi Qafqaz regionunda sülhün və əminamanlığın bərpasına ağır zərbə olar”.
Səfər çərçivəsində nümayəndə heyətimizin Bern şəhərinin tarixi və görməli yerləri ilə, eləcə də Liebştatda yerləşən Atom Enerji Stansiyası və onun iş rejimi ilə tanışlığı səfərin yadda qalan məqamlarından olub.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08 Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO 17 İyun 2019, 21:43 Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür 17 İyun 2019, 21:22 “Mercedes” beton maneəyə çırpıldı: 1 ölü 17 İyun 2019, 21:13 “Qarabağ” ikinci qrupda yer aldı 17 İyun 2019, 20:56 TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Deputat yazır 17 İyun 2019, 20:37 “Zeko” kanalizasiyadan oğurluq etdi 17 İyun 2019, 20:18 Sabiq prezident məhkəmə zalında öldü 17 İyun 2019, 20:02 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07