Modern.az

Pənah Hüseyn: “Seçki bitsə də, gündəm seçkidir”

Pənah Hüseyn: “Seçki bitsə də, gündəm seçkidir”

21 Noyabr 2013, 15:18


“Cəmil Həsənlinin seçki qərargahının və ATƏT-in uzunmüddətli müşahidə missiyasının rəyində gördük ki, bu seçki saxtalaşdırılıb. Hakimiyyət antidemokratik şəkildə formalaşdırılıb”.

Bunu Modern.az-a Azərbaycan Xalq Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn ölkədəki hazırkı siyasi vəziyyəti şərh edərkən deyib. Onun sözlərinə görə, seçkilərin saxtalaşdırılması daxil siyasətdə özünü bir sıra müxalifətdə olan qüvvələrin seçkinin nəticələrini tanımamasında əks olunub:
“Seçkinin bitməsinə baxmayaraq, bu öz təsirini göstərməkdə davam edir. Yaranmış bu situasiya istər daxili qüvvələrin bir-biri ilə münasibətlərində, o cümlədən iqtidar-müxalifət münasibətlərində, istərsə də cəmiyyətin hakimiyyətlə münasibətlərində öz təsirini göstərir və göstərmək də davam edəcək”. 

P. Hüseyn qeyd edib ki, Azərbaycanda demokratikləşməyə qədər müxalifətin əsas hissəsinin mövqeyinə görə siyasi mübarizə aparılır və bu da özünü azad və ədalətli seçkilərdə öz həllini tapmalıdır.

 

İlkin

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!