Modern.az

Ukrayna müxalifətinin aksiyası hökuməti silkələdi - FOTOLAR

Ukrayna müxalifətinin aksiyası hökuməti silkələdi - FOTOLAR

25 Noyabr 2013, 01:57

Ukrayna paytaxtı Kiyevdə hökümətin Avropa İttifaqından imtina etməsinə qarşı etiraz aksiyası keçirilir. Müxalifətin məlumatına görə, avrointeqrasiya tərəfdarlarının mitinqində 100 mindən artıq adam iştirak edir. Müxalifət bu mitinqi 2004-cü ilin narıncı inqilabından bəri ən kütləvi aksiya hesab edib.

Müxalifətin “Avropa” meydanında keçirdiyi aksiyada "Mən Avropada yaşamaq istəyirəm", "Ukrayna Avropanın tərkib hissəsidir" yazılmış şüarlar qaldırılıb.

Modern.az-ın "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, hökümət binaları qarşısında düzülmüş polis piketlərini yarıb keçməyə cəhd göstərən aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Bu qarşıdurma Nazirlər Kabinetinin qarşısında polislə aksiya iştirakçıları arasında olub. Aksiyanın dağıdılmasına “Berkut” xüsusi təyinatlı qüvvələr cəlb olunsa da, hökumət istəyinə nail olmayıb.

Ukrayna Avropa İttifaqı ilə yaxınlaşma prosessinin dayandırılması barədə qərarı ötən həftə qəbul edib və bu addım rəsmi Kiyevin Moskva ilə əlaqələri qırmaq istəməməsilə izah edib.

Rusiya isə öz növbəsində Ukraynanın Gömrük İttifaqına qoşulmasına səy göstərməkdədir.








Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir