Modern.az

Sərkisyanın Türkiyəyə mesajı

Sərkisyanın Türkiyəyə mesajı

31 Yanvar 2014, 11:43


Ermənistan prezidenti Serj Sərkisyan Praqada Çexiya prezidenti Miloş Zemanla birlikdə təşkil etdiyi mətbuat konfransında Türkiyə ilə əlaqələrin şərtsiz yenidən qurulması lazım olduğunu söyləyib. “Biz Türkiyənin Avropa Birliyinə üzvlüyünü Ermənistanın sərhədlərinin açılması olaraq görürük”.

Dağlıq Qarabağ probleminin həll olunmasında Sərkisyan Azərbaycanı tənqid edib və sülh yoluyla həll etmək üçün konstruktiv addım atmaq zamanı olduğunu söyləyib. Modern.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistanın Rusiyanın Gömrük Birliyinə (GB) daxil olmasının Avropa Birliyi (AB) ilə əlaqələrinə mane olmayacağını  deyən Sərkisyan əlavə edib:

“Gömrük Birliyinə daxil olmağımız AB ilə əlaqələrin kəsilməsi demək deyil, bunu istəmirik. Biz əlaqələrimizi inkişaf etdirmək və Ermənistanda islahatlar üçün bundan istifadə etmək istəyirik. Biz AB ilə əlaqələrimizi keçmişdə olduğundan daha irəli daşımaq istəyirik".  

Rafiq Qənbərov
 
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?