Modern.az

Prezident Administrasiyasının rəhbəri baş nazir ola bilər

Prezident Administrasiyasının rəhbəri baş nazir ola bilər

4 Fevral 2014, 13:11


Ukrayna prezidenti Viktor Yanukoviç baş nazir postuna Prezident Administrasiyasının rəhbəri Andrey Klyuevin namizədliyini irəli sürmək niyyətindədir. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ali Radanın vitse-spikeri, “Azadlıq” partiyasının üzvü Ruslan Koşulinski məlumat verib: “Hakimiyyətin belə bir planı var. Bu mümkündür, əgər onların səsi yetərli olarsa. Əgər Klyuev baş nazir olarsa, Prezident Administrasiyası rəhbərinin müavini Andrey Potnov administrasiya rəhbərliyinə gətiriləcək. Mən belə variantın olduğunu təsdiqləyirəm”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər