Arxiv
29 Sentyabr 2009, 13:50 | ÖLKƏ
Peşə məktəblərinə qəbul başa çatıb

Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsindən Modern.az-a verilən məlumata görə, hazırda ölkədə 108 texniki-peşə təhsili müəssisəsi fəaliyyət göstərir ki, onlardan da 47-si peşə liseyi, 61-ı peşə məktəbidir. Bu müəssisələrdə 25520  şagird oxuyur. Bakıda yerləşən 35 peşə təhsili müəssisəsindən 18-i peşə liseyi, 10-u peşə məktəbidir, 7-si isə cəzaçəkmə müəssisələrində fəaliyyət göstərir. Peşə təhsili müəssisələrində 3770 mühəndis-pedaqoji işçi çalışır.

Rəsmi statistikaya görə, hər il respublikmızda ümumtəhsil məktəblərinin XI siniflərini bitirən 120 min şagirddən cəmi 14 mini texniki peşə məktəblərinə qəbul olunur. İnkişaf etmiş ölkələrdə ölkələrdə orta məktəb məzunlarının 40-60 faizi texniki peşə təhsili sahəsinə yönəldiyi halda, Azərbaycanda bu göstərici 10-11 faiz təşkil edir. Mütəxəssislər bunu texniki peşə təhsili müəssisələrimizin bina şəraiti, maddi-tədris və texniki bazasının müasir səviyyəli sənətkar kadrlarının hazırlanması baxımından beynəlxalq tələblərə cavab verməməsilə izah edirlər. Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsindən bildirilib ki, 2007-2012-ci illəri əhatə edən «Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı»nın icrası sayəsində bu sahədə ciddi irəliləyiş baş verməkdədir. Bu proqramda texniki-peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmə və kadr hazırlığı işinin təkmilləşdirilməsinin prioritet istiqamət kimi müəyyənləşdirilib. Proqrama əsasən Təhsil Nazirliyi Avropa Təhsil Fondu, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Britaniya Şurası, YUNESKO, Cənubi Koreyanın «DAEWOO» şirkəti və digər beynəlxalq təşkilatlarla birgə texniki-peşə təhsili sahəsində müxtəlif layihələr həyata keçirir. Təhsil Nazirliyindən verilən məlumata görə, 2008-ci ildə dövlət vəsaiti hesabına 9 texniki-peşə məktəbi əsaslı təmir olunub. Ötən il Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi istifadəyə verilib, İsmayıllıda da belə mərkəz tikilməkdədir. Lakin peşə təhsili sahəsində problemlərin hələ çox olduğu bildirilib. Hazırda 24 peşə təhsili müəssisəsinin binası yararsız vəziyyətdədir, ümumilikdə 55 peşə təhsili müəssisəsində 14411 (3258 ailə) məcburi köçkün məskunlaşıb. Maşınqayırma, kənd təsərrüfatı, metal emalı, tikinti, rabitə, nəqliyyat və neft-qaz sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün ehtiyac olan avadanlıqların çatışmazlığı bu sahələr üzrə kadrların hazırlanması istiqamətində problemlər yaradır.

Təhsil Nazirliyinin 2009-2010-cu tədris ili üçün elan etdiyi Azərbaycan Respublikasının peşə məktəblərinə şagird qəbulu artıq başa çatıb. Texniki peşə təhsili şöbəsindən bildirilib ki, avqustun 1-dən 31-dək ərizə qəbulu həyata keçirilib, sentyabrın 2-dən 10-dək isə şagird seçimi aparılıb.

Təhsil nazirinin əmrinə əsasən, 2009-cu ildə peşə liseyi və peşə məktəblərinə şagird qəbul planı 14435 nəfər (dövlət vəsaiti hesabına 12350 nəfər, ödənişli əsaslarla 2085 nəfər) müəyyənləşdirilib. Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında və Şuşa şəhərinin texniki peşə məktəblərinə qəbul aparılmayıb. Artıq peşə məktəblərində dərslər də başlayıb.

                                   

“Modern.az”

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11 “Qarabağdakı münaqişənin həllində Rusiya kimi heç kim maraqlı deyil” 22 Oktyabr 2020, 23:03 “Türkiyə və Rusiya arasında Cənubi Qafqaz məsələsində fikir ayrılığı mövcuddur” - Putin 22 Oktyabr 2020, 22:53 “Qarabağ” və “Makkabi” komandalarının start heyəti açıqlandı 22 Oktyabr 2020, 22:40 “Elə bir vəziyyətə gəlib çatmamalıyıq ki, koronavirus Orduya gedib çıxsın” - Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ 22 Oktyabr 2020, 22:29 “Ali Baş Komandanımızdan Kəlbəcərin də müjdəsini alacağıq” - Cavid Qurbanov 22 Oktyabr 2020, 22:20 Ordumuz Azərbaycanın ərazisini və əhalisini müdafiə etmək məqsədilə əks-hücuma keçib - Səfir 22 Oktyabr 2020, 22:15 Azərbaycanda şair vəfat etdi 22 Oktyabr 2020, 21:57 Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışdı 22 Oktyabr 2020, 21:53 Təkcə Paşinyan yox, bütün erməni xalqı “xəstədir”... 22 Oktyabr 2020, 21:51 Yəhudi əsilli Azərbaycan əsgəri: Son damla qanımadək döyüşəcəm” - VİDEO 22 Oktyabr 2020, 21:45 Budapeştdə Ermənistanın Gəncəyə raket hücumuna etiraz aksiyası keçirildi - FOTO 22 Oktyabr 2020, 21:39 “Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq” - Rusiya prezidenti 22 Oktyabr 2020, 21:29 Nazir Türkiyədə koronavirusla bağlı son vəziyyəti açıqladı 22 Oktyabr 2020, 21:14 “Xankəndidə “ruh şəhər”lə qarşılaşdım” - BBC-nin müxbiri 22 Oktyabr 2020, 21:04