Modern.az

Komaya düşən jurnalist Zülfüqar Rüfətoğlu anasının dəfninə gəlibmiş

Komaya düşən jurnalist Zülfüqar Rüfətoğlu anasının dəfninə gəlibmiş

5 Mart 2014, 15:24

Tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun komaya düşdüyü barədə xəbər onu tanıyanların üzülməsinə səbəb olub. Modern.az saytı jurnalistin qardaşı Rəşad Əhmədzadə ilə əlaqə saxlayaraq Zülfüqarın vəziyyəti haqda ən son xəbəri dəqiqləşdirib.

“Şəkəri var idi, indi də şəkəri qalxıb. Londonda yaşayırdı. 10 gün olar anamın dəfninə gəlib. Zülfüqar hazırda “Caspian Hospital”da müalicə alır, vəziyyəti yavaş-yavaş normallaşır”-deyə Rəşad Əhmədzadə Modern.az-a açıqlamasında bildirib.

Zülfüqar Rüfətoğlu 1958-ci ildə Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb,
1980-ci ildə institutu fərqlənmə diplomi ilə bitirən Zülfüqar sonrakı dönəmdə jurnalistika səahəsində çalışıb. O, artıq 30 ildir ki, peşəkar jurnalist fəaliyyəti ilə məşğul olur. 1984-1993-cü illərdə "Azərbaycan qadını", "Sovet kəndi", "Kommunist", "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. 1993-cü ildə "Röyter" agentliyinin kurslarında təhsil alıb. 1995-ci ildən isə BBC Azərbaycan xidmətində işləyir.
O, tanınmış şair Rüfət Əhmədzadənin oğludur.  

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir