Modern.az

Yazıçılar Birliyinin deputat üzvləri - SİYAHI

Yazıçılar Birliyinin deputat üzvləri - SİYAHI

14 Mart 2014, 09:34

Azərbaycan Yazıçılar Birliyi yaradıcı dövlət qurumları arasında ən çox üzvi olan təşkilatdır. Hazırda qurumun nə az, nə çox 1600-ə yaxın üzvi var.

Bu statistika bir çoxları tərəfindən rişxəndlə qarşılansa da yaradıcı qurumda “gestapo” rejiminin olmamasının da bir göstəricisidir. Təbii ki, burada kəmiyyət və keyfiyyət arasında mütanasiblik pozulur. Amma AYB rəhbərlyinin hər bir hüquqi və fiziki vətəndaşın yazma hüququna hörmət göstərməsi də təqdirəlayiq haldır. Quruma üzv olanların arasında dövlər məmurları və millət vəkilləri də var.

 

Modern.az saytı araşdırmasında Yazıçılar Birliyinin deputat üzvlərini sizlərə təqdim edir:   Əvvəllər bir çox şair və yazıçılar ayrı-ayrı vaxtlarda Milli Məclisdə də təmsil olunublar. Onlara misal olaraq Anar, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu, Bəxtiyar Vahabzadə, Əkrəm Əylisli, lap əvvəllərdə isə Mirzə İbrahimov, Süleyman Rüstəm və bir çoxlarını göstərmək olar.   Hazırda isə Azərbaycan Yazıçılar Birliyinin 37 deputat üzvi var. Onlardan bir qismini sizlərə xatırladırıq:  

 

Sabir Rüstəmxanlı: Quruma üzv olan deputatlar arasında bədii yaradıcılıqla ən çox təmasda olan şəxslərdən biridir. Sabir bəy həm də 2005-ci ildən Azərbaycanın xalq şairidir.

 

Rafael Hüseynov - ədəbiyyatşünas professor da qurumun üzvləri sırasındadır. Uzun illər ədəbi-mədəni xadimlər barəsində apardığı araşdırmalar Rafael Hüseynovun birliyin üzvi olmasın əsas verir. O, həm də AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin direktorudur.

 

Nizami Cəfərov - akademik Nizami Cəfərov da birliyin aktiv deputatlarından biridir. Mütamadi olaraq AYB-yə tabe olan mətbuu orqanlarda çıxış edir. Nizami bəyi həmçinin qurumun tədbirlərində də görmək mümkündür.  

 

Aqil Abbas: Millət vəkili olmamışdan qabaq həm Jurnalistlər, həm də Yazıçılar Birliyinin üzvi olan Aqil bəy hazırda da quruma sadiqliyi ilə seçilir. Millət vəkili postu onu hələ ki, yaradıcılıqdan ayırmayıb.

 

Hüseynbala Mirələmov: ədəbi yaradıcılığında məhsuldarlığı ilə yadda qalan Mirələmov da AYB-in üzvidir. Bununla yanaşı uyazıçı həm də bir sıara ədəbi mükafatlara da layiq görülüb. Onların arasında “Qızıl Qələm”, Abdulla Şaiq” və Rəsul Rza” mükafatları da var.  

 

Səməd Seyidov: Xarici Dillər İnstitunun rektoru, millət vəkili Sməd Seyidov AYB-yə ən son daxil olan deputat üzvlərdəndir.  

 

Musa Quliyev  (Musa Urud)- bədii və publisitik yazılarını, şeirləri Urud imzası ilə yazan millət cəkli sözə ən çox hörmət edən ziyalılardandır.    

 

Elmira Axundova- Nasir, publisit və ədəbiyyatçünas olan Elmira xanım 1983-cü ildən yaradıcı qurumun üzvüdir. ədəbiyyatşünaslığa aid monoqrafiyası və nüfuzlu tərcümə əsərləri də var.  

 

Qənirə Paşayeva- Bu xanım millət vəkili ictimai həyatda aktiv olduğu qədər ədəbi elmi məkanda da məhsuldarlığı ilə seçilir. Nobel ödüllü qadınlar, dünya elm xadimlərinə həsr etdiyi kitablar publisitik yaradıcılığına misal ola bilər.  

 

Yaqub Mahmudov- professor, tarixçi alim olan Yaqub bəy həm də Yazıçılar Birliyinin üzvüdir. Tarixi mövzularda araşdırma və publisistik məqalələri var.  

 

Qeyd: Yazıçılar Birliyindən quruma üzv olan digər deputatların siyahısını bizə deməyə çətinlik çəkdilər.  Araşdırmalarımız davam etdiriləcək.

 

Elmin Nuri

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi