Modern.az

Yuşşenkonun qızı Maydanda çay paylayır

Yuşşenkonun qızı Maydanda çay paylayır

Dünya

17 Mart 2014, 11:47


Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun ailəsi Kiyevdəki Avropa meydanında keçirilən aksiyalarda fəal iştirak edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Yuşşenko özü məlumat verib. Onun sözlərinə görə, onun ailə üzvləri inqilabi hadisələri ilk gündən dəstəkləyib: “Mənim ailəm Maydanda ilk gündən iştirak edib. Əgər siz səhər saat 7-nin yarısında, yaxud 7-də Maltiskidəki çadıra çay içmək üçün gəlsəydiniz, siz qızım Sofiykanı orada görərdiniz. O indi oradadır”.

 

Qeyd edək ki, Yuşşenko 60 illik yubileyini Kiyevdəki qanlı hadisəyə görə keçirməkdən imtina edib.

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir